10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Politoloqlar Soçi-Varşava paraleli haqqında:“DÜNYA MÜHARİBƏSİ ÜÇÜN ALYANSLAR QURULIUR” – Təhlil

15 Fevral 2019, 14:11
Manşet
A A
Politoloqlar Soçi-Varşava paraleli haqqında:“DÜNYA MÜHARİBƏSİ ÜÇÜN ALYANSLAR QURULIUR” – Təhlil

Oliver Kerrol, Borzu Daragahi

The Independent (Böyük Britaniya), 14.02.2019

 

Cümə axşamı Polşa və Rusiyada Yaxın Şərq üzrə paralel konfranslar başlanıb. İştirakçılar nüfuz uğrunda mübarizə və bu qarışıq bölgədə bir-birinə qarşı duran geopolitik blokları gücləndirməyə özəl diqqət ayırırlar. Varşavada ABŞ dövlət katibi Mayk Pompeo, vitse-prezident Mayk Pens və prezident Donald Trampın kürəkəni Cared Kuşner “barış konfransı” kimi göstərilən tədbirə başçılıq ediblər. Amma o, İsrail və Ərəbistran yarımadası monarxiyalarının daxil olduğu, formalaşmaqda olan antiiran alyansına qoşulmaq üçün şübhəyə köklənən müttəfiqlərə basqı cəhdinə enmişdi.

Mayk Pens İŞİD terrorizmi və Tehranın islamçı populizmini pisləmək arasında söylənən çıxışında bildirib: “Bütün bölgə ölkələrinin liderləri razılaşıb ki, Yaxın Şərqdə barış və təhlükəsizliyə ən böyük təhdid İran İslam Respublikasıdır”.

“Onlar terrorçulara və döyüşçülərə əl tuturlar. İran rejimi dünyada terrorizmin baş sponsor dövlətidir”.

Bu arada Rusiya, İran və Türkiyə liderləri bölgədə əsas döyüş meydanı olan Suriyada səkkizillik münaqişənin nəticələrinin aradan qaldırılması üzrə Kremlin həyata keçirdiyi fəaliyyət çərçivəsində yüksəkməqamlı komandirlərin müşayiəti ilə Qara dənizin kurort şəhəri Soçiyə yığışıblar. Lodzin universitetinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Robert Çulda deyib: “Bu, iki düşərgə, iki alyansın olduğu I və II dünya savaşından öncəki kimidir”.

“Burada, Varşavada barış tənzimlənməsi üzrə konfrans keçirilmir. O, alyans qurmağa həsr olunub. Rusiya üçün də dünyaya göstərmək önəmlidir ki, öz düşərgəsinin lideridir”.

Dövlət Departamentinin İran üzrə özəl təmsilçisi Brayan Huk Varşava konfransının qeyri-rəsmi görüşlərində çıxış edərək Soçi konfransını ciddi saymaqdan imtina edib və ABŞ-ın başçılıq etdiyi görüş iştirakçılarının birliyini məmnunluqla qeyd edib. “Bu, paralel proses deyil, – o deyib. – Biz Rusiyanı dəvət etmişdik və hesab edirəm ki, onlar imkanı əldən buraxdılar”.

Bu iki azad koalisiyada ciddi çəkişmələr və potensial təhlükəli ziddiyyətlər var. “Üçlüyün” – Rusiya, İran və Türkiyə – cümə axşamı Soçidə başlanmış görüşü Suriyanın gələcəyini müzakirə etmək məqsədilə sayca dördüncü və ABŞ-ın bölgədən qoşunları çıxartmaq niyyətini elan edəndən bəri birinci sammit olub.

Üç ölkənin prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayib Ərdoğan Suriyanın gələcəyini müzakirə etmək üçün bir yerə yığışsa da, gündəliyin bütün üç əsas mövzusu üzrə fikirlərdə razılaşmırlar. Amerika qoşunlarının çıxarılması Suriyanın indi kürd və ABŞ qoşunlarının nəzarət etdiyi şimali-şərq torpaqlarının gələcəyinə münasibətdə “üçlük” liderlərinin özəl ayrılıqlarını üzə çıxardıb.

Kürd silahlı birləşmələrini təhlükəsizliyə təhdid sayan Ankaranın bölgədə öz hərbi planları var. Ərdoğan bu həftə bundan qabaq kürd qüvvələrinə qarşı ultimatum irəli sürüb, bu əraziləri tərk etmək üçün onlara bir neçə həftə vaxt verib. Amma onun mövqeyi nə Moskvanı qane edir, nə də Tehranı.

Rusiya xarici işlər naziri müavini Sergey Verşinin cümə günü çıxış edərək ABŞ gedəndən sonra “qarışıqlıq və xaosa” yol verməməyin  gərəkdiyini vurğulayıb.

Rusiya müdafiə naziri Sergey Şoyqu bazar ertəsi fikir ayrılıqlarını yoluna qoymaq məqsədilə Ankaraya səfər edib, amma “The Independent”-in redaksiyası anlayır ki, bu səfərin gedişində mövqelərin həqiqi mənada dəyişilməsinə nail olunmayıb.

Ankaranın habelə Suriyanın indilikdə bir zamanlar “əl-Qaidə”nin təsirində olmuş “Həyat Təhrir əş-Şam” cihadçı qruplaşmasının nəzarətindəki şimali-şərq torpaqlarının gələcəyi haqda Moskva və Tehranla prinsipial çəkişməsi var.

Türkiyə həmçinin Suriyanın gələcək rəhbərliyi barədə İranla razı deyil. Ankara prezident Bəşər Əsədin getməsinə və keçid hökumətinin formalaşmasına çalışır, Tehran və Moskva isə Bəşər Əsəd rejimi uğrunda qətiyyətlə çıxış edir.

Rusiyanın Amerika qoşunlarının gözlənən çıxışnı Dəməşq üzərində öz nəzarətinin güclənməsinə səbəb saydığı halda İran da buna ölkənin qərbində öz nüfuzunu yaymaq, İsrailə qarşı fəaliyyət üçün silah və şəxsi heyət yerləşdirməyə imkan kimi baxır.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının eksperti Yuri Barmin deyib – danışıqlar nəticəsində hansısa irəliləyiş əldə olunarsa, onda bu, çox ehtimal ki, savaşdan sonra BMT vasitəçiliyi ilə yaradılması planlaşdırılan konstitusiya komitəsinə üzvlük olacaq. O bildirib: “Moskva qalan məsələlərdəki qəlizliyi nəzərə alaraq bunda maraqlıdır ki, siyahı tərtib edilsin”.

Nəticələrdən asılı olmayaraq Rusiya Soçi sammitindən yararlanacaq ki, özünün bölgəsəl vasitəçi və dünyanın İranı qabaqlamağa qabil yeganə dövləti rolunu vurğulasın.

“Tamamilə mümkündür ki, Polşa sammiti Netanyahunun qəribə şərhlərinin də KİV-lərdə geniş işıqlandırılması üçün səbəb olacaq, –  Barmin deyib. – Amma Türkiyə və İranın yoxluğu, habelə Moskvanın onlarla danışıqlar apardığı nəzərə alınsa, bu, əslində, effektsiz tədbirdir”.

ABŞ-ın başçılıq etdiyi alyansda da xeyli ziddiyyət var və üzvlər əks məqsədlər izləyirlər.

Yaxın Şərq xarici siyasət araşdırmaları İnstitutunun bölmə müdiri Aaron Stayn deyir: “Görünür, hər iki konfransa qatılanlar çətinlik keçirirlər.

Varşavadakı konfrans gündəliksiz keçirilir. Gündəlik yoxdursa, bu bildirir ki, uzlaşma da yoxdur. Və uzlaşma olmayanda qoyulan məqəsədlərə yetmək olmaz. Soçidə Suriya vətəndaş savaşı probleminin həlli üçün ümumi gündəlik var, amma gündəliyin bəndləri üzrə fikir ayrılıqları var”.

Polşa Xarici İşlər Nazirliyində fəxrlə bildiriblər ki, 60-dan çox ölkə öz təmsilçisini göndərib. Amma Avropa ölkələrinin çoxu aşağı ranqlı diplomat, ya da katib-stenoqrafçı rolunda çıxış edən dövlət qulluqçusu göndərib. Konfrans müəmmaya bürünmüşdü, Ərəbistan yarımadasının bütün dövlətləri xarici işlər nazrini göndərsə də, qatılanların siyahısı isə əlçatmaz idi.

Mayk Pens tələb edib ki, Avropa ölkələri ABŞ-ın keçmiş prezidenti Barak Obama və dünyanın başqa dövlətlərinin 2015-də İranla bağladığı nüvə sazişindən imtina etsin və İslam Respublikasıyla ticarəti davam etdirmək üçün AB-nin bu yaxında maliyyə mexanizmi qurmaq haqda bildirişini pisləyib. Amma hətta öz ərazisində Amerikanın daimi hərbi bazasını yerləşdirmək ümidiylə bu tədbiri keçirən Polşanın məmurları da nüvə sazişinə dəstək ifadə ediblər.

ABŞ İranın Yaxın Şərqdə sabitlik və barış probleminin çözülməsinə açar olduğunu söyləməkdə olduğu bir vaxtda Vaşinqtonun çoxdankı müttəfiqlərinin çoxu Tehrana və bölgəyə münasibətdə heç də açıq  mövqe tutmur.

Pens öz çıxışında dəfələrlə bildirib ki, İran Suriya rejiminə dəstək səbəbindən ölkəni yaxalayan humanitar fəlakətdə əxlaqi planda əli ola bilər. Amma bölgədəki gerçək durum bundan xəbər verir ki, İraq və Yəməndəki humanitar böhranlar xeyli dərəcədə ABŞ-ın və sadiq müttəfiqlərinin hərbi əməliyyatlarının nəticəsidir.

Bir də ABŞ-ın özündə də Yaxın Şərq siyasəti məsələlərində ciddi çəkişmələr var. Pens İranı Yəmən böhranında ittiham etməzdən cəmi bir neçə saat qabaq ABŞ Konqresi İranın dəstəklədiyi, Ərəbistan yarımadasının bu ölkəsinin paytaxıtını nəzarətdə saxlayan husi döyüşçülərlə müharibədə Səudiyyə Ərəbistanı başda olmaqla koalisiyaya hərbi dəstəyi dayandırmağa  səs verib.

Bir çox mütəxəssis və diplomatlar da ABŞ siyasətindəki uzlaşmanı şübhə altına alırlar. Tramp administrasiyası İrana qarşı durmaq səylərindən danışır, amma bununla yanaşı öz qoşunlarının Suriya və Əfqanıstandan çıxarılmasını qürurla bildirir. Bu arada isə İranın dəstəklədiyi silahlı birləşmələr, o cümlədən Livanın yaxşı öyərdilmiş və döyüşlərdə bərkimiş “Hizbullah”ı yerində qalır və fəaliyyətini sürdürür.

ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirdiyinə, beynəlxalq şirkətlərin isə qıraqda qaldığına baxmayaraq, iqtisadi baxımdan İrana əlverişli olan əsas ölkələr – Rusiya, Çin və İraq konfransa dəvəti qəbul etməyib.

Benyamin Netanyahunun ərəb ölkələrinin nazirləri ilə görüşü “tarixi” adlandırılsa da, İsraildə siyasi şərhçilər deyiblər ki, bu sammit qalmaqallara batmış baş nazir üçün yalnız fotomüxbirlər qarşısında duruş almaq imkanıdır ki, marta nəzərdə tutulan ümumi seçkilərdən öncə özünün seçkiqabağı plakatlarını bəzəsin.

Gündəliyin uyğunsuzluğunun daha bir – ola bilsin, təsadüfi – əlaməti bu olub ki, əldə olan məlumatlara görə, Səudiyyə Ərəbistanı sammit başlanan kimi Polşadan ət gətirilməsinə embarqo qoyub ki, bu da polyakların qəzəbli reaksiyasını doğurub.

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

“Azərbaycanda 3000 nəfərin orqan transplantasiyasına ehtiyacı var” – Deputat

Sonrakı yazı

AzTV-də daha bir kadr dəyişikliyi –“İqtisadiyyat” xəbərləri Namiq Əliyevin təqdimatında yayımlanacaq

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.