Respublika yollarında DYP əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir.
“Reportyor.info” xəbər verir ki, Avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstərirlər. Yolda qalan avtomobillərə köməklik göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur.




















