13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Polis polkovnik-leytenantı generala qarşı dələduzluq etdi

30 Avqust 2023, 14:35
Cəmiyyət
A A
Polis polkovnik-leytenantı generala qarşı dələduzluq etdi

Polis polkovnik leytenantı ailəsinin evini 400 000 manata satıb və general qaynatasının tanışlarından da 200 000 manat alıb “aradan çıxıb”.

Reportyor.info AFN.az-a istinadla xəbər verir ki, bu barədə teref.az saytı yazıb. Bildirilir ki, Polis Akademiyasının keçmiş rəisi general-mayor Ramiz Nağıyevin kürəkəni polis polkovnik-leytenantı Cavid Talıbov ailəsi ilə birgə yaşadığı evi 400 000 min manata, Toyota “Prado” avtomobilini isə 100 000 manata satıb. Bundan sonra qaynatasının adından onun obyektinin müştərilərindən 200 000 manat alıb. Məsələ ilə bağlı danışan R.Nağıyev faktı təsdiqləyib. Kürəkəni tərəfindən dələduzluqla üzləşdiyini bildirən general C.Talıbovun ailəsini atıb getdiyini də qeyd edib.

R.Nağıyevin oğlu Vüqar Nağıyev də AFN.az-a açıqlamasında yayılan məlumatın doğru olduğunu bildirdi: “Cavid bacımla birgə nikah zamanı əldə edilən evi onu aldadaraq satıb. Avtomobilini də satıb. Üstəlik, bizim müştərilərimizdən “beh” də alıb. Guya rüşvət verib polis rəisi olacaq. Bu işlərdə də o Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olan bacısı oğlu Murad Tağıyevin adından danışır”.
V.Nağıyevin sözlərinə görə, C.Talıbovun “beh” aldığı obyekt onun olub: “Mən obyekti satışa çıxarmışdım. Cavid də bundan xəbərdar idi, alan adamları tanıyırdı. Öz təşəbbüsü ilə həmin adamlara yaxınlaşıb 200 min manat “beh” alıb. Behi guya mən özüm ala bilməzdimmi? Mən obyekti qayda-qanunla satırdım, behi də qaydası ilə ala bilərdim. Amma Cavid bunu fırıldaqçılıqla edib. Guya qəbz adı ilə əlyazma bir kağıza imza atıb. Bunun heç bir hüquqi əsası yoxdur. Üstəlik, onun həmin obyekt üzərində hüququ da yoxdur. Məsələ ondadır ki, obyekti almaq istəyən adamlar onun bacısı oğlu Murad Tağıyevlə də tanışdırlar deyə, ona inanıblar”.

Cavid Talıbov

V.Nağıyev saytımız vasitəsilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib: “Cənab nazir! Bu adam sizin rəhbərlik etdiyiniz qurum adından dələduzluq edib. Polis Azərbaycanda dövlətin və dövlətçiliyin əsas sütunlarındandır. O sistemdə “rüşvət verib işə düzələcəm” demək dələduzluqdan da ötə, cinayətdir. Üstəlik, bizə – mənə və ailəmə vurduğu maddi-mənəvi zərəri də nəzərə alsaq, Cavid Talıbovun və onun havadarlarının dərhal saxlanması, bu məsələnin araşdırılması vacibdir. Sizdən xahiş edirəm, məsələni diqqətinizdə saxlayasınız!”
C.Talıbova və alqı-satqı prosesində iştirakçı olan digərlərinə zəng edib məsələ ilə bağlı açıqlama istədik. C.Talıbov V.Nağıyev və ailəsi haqda təhqiramiz ifadə səsləndirərək onu narahat etməməyimizi tələb etdi.
Rəfael adlı şəxs isə bildirdi ki, alqı-satqı söhbətlərinə C.Talıbovu V.Nağıyev cəlb edib: “Vüqar özü bizə demişdi ki, Cavidlə bu proseslərdə söhbət apara bilərsiz”. O da aydın oldu ki, V.Nağıyev C.Talıbova bu proseslə bağlı hər hansı yazılı hüquqi sənəd verməyibmiş.
Yazıda adları keçən digər şəxslərin mövqeyini verməyə hazırıq.

Əvvəlki yazı

Şəhidin anası vəfat etdi (FOTO)

Sonrakı yazı

Naxçıvanda 6 rəis işdən çıxarıldı – Yeni təyinatlar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.