04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Poladov və Manafovsuz ekspressionizmin ağ-qara rəngləri…

10 Dekabr 2018, 10:55
Gündəm, Cəmiyyət
A A
Poladov və Manafovsuz ekspressionizmin ağ-qara rəngləri…

“Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi…” – mərhum Məlik Dadaşov sağ olsaydı “Qəmlo“nun dili ilə Azərbaycan sənətinə belə qiymət verərdi.
Ya da son söz demək imkanı yaradılsaydı Siyavuş Aslan “8 min pul alıblar məndən, oynamaqlarına bax“ deyib gileylənərdi.
Yaşar Nuri qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrif, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə  “sənin əyri ayaqlarından “raqatka“ düzəltməsəm, atamın oğlu deyiləm“ deyib şikayətlənərdi.
Səhnəmizin qaynanası Nəsibə xanım Zeynalova da çox güman ki, mədəniyyəti qara günə qoyanlara “əlün qurusun, əlüün“ deməkdən çəkinməzdi.
Daha kimləri sadalayaq? Həsən Turabov, Səməndər Rzayev, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev…
Saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların “yarpaq tökümü” başlandığı dövrümüzdə sonuncu mogikanlardan daha ikisi aramızdan getdilər – Fuad Poladovla Amaliya Pənahova…
Və bütün bu mədəni böhranın, təlatümlərin və depressiv vəziyyətin içində sonuncu işıqlı adamlardan olan Fəxrəddin Manafovu da küsdürüb teatrdan gedişinə yol açdılar.
Manafov son məktubunda nəzakətlə mədəniyyət ocağı olan teatrda mədəniyyətsizliyin ən dəhşətli cümləsini yazmışdı: “Qışqırmasan olmurdu…”
O mənzərəni təsəvvür edəndə 10-20 il sonra Azərbaycan teatr-film sənətinin hansı dövrü yaşayacağını təxmin edirsən. Etdikcə də, yalnız mədə niyyəti olan Əbülfəs Qarayevin ünvanına ən xoş “arzularını” çatdırırsan.
Fuad Poladovun dəfninə getməyən nazirdən Fəxrəddin Manafovun teatrdan bezdirilib getməsinə hansı reaksiyanı gözləmək olardı ki?
Azərbaycan mədəniyyətinin naziri də mogikanlara ayrı-seçkilik edirsə, ölkədə hansı siyasi mədəniyyətdən danışmaq olar?
Obıvatellərin aktyoru olmayan, yüksək mədəniyyət və kübarlıq daşıyıcısı, xarizmatik aktyor imicinə malik Fəxrəddin Manafovun səhnədən gedişində əks-effekt olaraq Əbülfəs Qarayevin bomboz siması canlanır – pərdələr açılır, monotonlar gəlir…
Vaqif Səmədoğlu 75 illik yubileyində “şəxsiyyətlə istedadın çulğalaşdığı iki nəhəng var – Fuad Poladovla Fəxrəddin Manafov” demişdi. Əbülfəs Qarayev miskin, cılız dünyagörüşünün nəticəsində hər ikisinə laqeydliyini gizlətmədi.
Sanki “Mədəniyyətə Düşmənçilik” nazirliyinin rəhbəridir. Nazirin bu biganəliyinin qaynağı məhz onların məğrur olmasıdır, riyakarlıqdan, yaltaqlıqdan uzaq durmasıdır. Mədə niyyətli nazir isə yaltaq, məddah sənət adamlarını, saray sənətkarını sevir.
Fəxrəddin isə “Qəm pəncərəsi” filmində canlandırdığı “Kefli İsgəndər” obrazındadır və o profildən Əbülfəs Qarayevin miskin varlığına, mədəniyyətin közünü söndürüb, təlxəklərə meydan açmasına baxır…
Vaxtilə Almaniyada bir nasist “Mədəniyyət sözünü eşidəndə əlimi tapançama atmaq istəyirəm” demişdi. Azərbaycan mədəniyyətinin keşiyində duran Əbülfəs Qarayev həmin nasisti xatırladır.
Sanki nazir “Mədəniyyət” sözünü eşidəndə əlini tapançaya atmaq və ölkənin sonuncu mogikanlarını da güllələmək, məhv etmək istəyir. Poladovun və Manafovun gedişinə susqunluqda bunu görməmək olmur.
Və xankəndili balası Fəxrəddin həmişə “Otel otağı”nda yaratdığı Kərim obrazındadır, vətənpərvərdir, mədəniyyətsiz qalan xalqın halına acıyır.
Əbülfəs Qarayev yaxşı bilər, filmdə alman ekspressionizmi hansı dövrü ifadə edir. Əgər kino zəmanəsinə oxşamalıdırsa, alman ekspressionizmi qədər öz dövrünün ovqatını əks etdirən ikinci cərəyan tapmaq çətindir.
Sanki o, dünyanın bütün bədbinliyini, ağrı-acısını və ümidsizliyini özünə hopdurub. Alman ekspressionizmi dəhşətli cərəyandır.
O dövrün ağ-qara səssiz filmlərinə baxan hər kəs ümidsizlik və qorxu, qeyri-müəyyənlik və ekzistensial həyəcan ruhunu asanca hiss edir.
Bu gün Azərbaycan mədəniyyəti də, onun teatr və kinosu da alman ekspressionizminin ağ-qara səssiz filmlərinə bənzəyir.
Manafov məktubunda necə yazmışdı: Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum…
AnaXeber.info
Turan

Əvvəlki yazı

“Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları

Sonrakı yazı

Lavrovdan sahilyanı ölkələrə xəbərdarlıq:”Xəzərdə baş verə biləcək hər şey üçün hamı öz məsuliyyətini dərk etməlidir”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.