19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Polad Aslanovun eşq səfəri adı altında xəyanətkar fəaliyyəti

28 Yanvar 2020, 10:07
Cəmiyyət
A A
Polad Aslanovun eşq səfəri adı altında xəyanətkar fəaliyyəti
  • Polad Aslanovun eşq səfəri adı altında xəyanətkar fəaliyyəti
  • DTX və Polad Aslanovun cinayət işi üzrə tanınan prosessual şəxslər haqqında qarayaxma kampaniyası aparan Gülmirə Aslanovanın istintaq ifadəsi zamanı Polad Aslanovun əməllərini könüllü olaraq etiraf etməsi
  • Azərbaycana qarşı daima irqçi düşmənçilik fəaliyyətilə yadda qalan SƏHƏR-2 kanalına Polad Aslanovun məqsədli müsahibələr verməsi
  • Polad Aslanovun mənəviyyatsız əməlinə dəstək verən “mühacir” separatçı Azər Kazımzadənin isterikaya söykənən narahatçılığı və qaralmama kampaniyası

 

Həqiqət aşkara çıxanda, günah sahiblərinin narahtçılığı və çaşqınlığı diqqətdən yayınmır.Xalqımız əsrlər boyu vətəninə naxələf çıxan xainlərin günahkar əməllərindən əziyyət çəkib. Tarixin bütün dönəmlərində, heç bir ölkədə Vətəninə, xalqına, ölkəsinə, xəyanət edən  kəslərəhaqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Odur ki, bu gün kimlərinsə Azərbaycana xəyanət edənlərə haqq qazandırmağa cəhd etməsi, nəinki öz xalqına, eyni zamanda ümumbəşəri dəyərlərə də XƏYANƏTDİR! Başqa cinayətlərdə yüngülləşdirici hallar axtarmaq bəlkə də mümkündür, amma VƏTƏN xainlərinin əməllərində buna cəhd etmək onların əməllərinə ortaq olmaqdan başqa bir şey deyil.Şübhəsiz ki, Vətənə xəyanət edənlərin cəzasız qalması yüzlərlə şəhidin qanı ilə yuyulmuş bu torpağa, şəhid qanı ilə bir daha enməz olan üçrəngli azadlıq bayrağımıza, gerbimizə, himnimizə, suverenliyimizə, xalq olaraq milli idealoji məqsədimizə həqarət olar.

 

 

 

Dövlətə xəyanət maddəsi ilə həbs edilmiş Polad Aslanov haqqında qısa arayış:

“Jurnalist” kimi tanınan Polad Aslanov Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qonşu İran İslam Respublikasına səfər edərkən, Biləsuvar gömrük sərhəd məntqəsində, dövlət xəyanət etmə əməlilə ötən ilin 13 iyun tarixində həbs edildi. Onun həbsindən sonra dövlətimizə qarşı “insan haqlarının ”, “azad sözün müdafiəsi və jurnalistlərin həbsi” adı altında ideoloji müstəvidə daxilidə və xaricdə anti-milli təbliğatlar başladı. Daxildə cərəyan edən bu təbliğatın mənbəyində duran şəxs-Polad Aslanovun əməllərinin xələfi Gülmirə Aslanova oldu.

 

Xəyanət yolunun başlanğıcı:

Əsası 1991-cı ildə qoyulmuş Bakı İslam Universitetinin  ölkəmizin 4 şəhərində filialı fəaliyyət göstərirdi. Bu universteti filalları da daxil olmaq dini ədəbiyyat və tədris kitabları ilə təchiz etmək işi höccətül-islam İbadulla Ocaqnəjad tərəfindən dəstəklənirdi. Universitetin Sumqayıt filialında təhsil alan tələbələrdən biri də  Polad Aslanov olub. Mütəmadi olaraq universitetin fəal tələbələrinin Kərbala, Qum, Hələb və digər dini ziyarətgahlara səfərləri təşkil olunurdu.Tələbələri  qeyd edilən məkanlarda “İran İslam İnqilabının Keşikçiləri Korpusu”nun xüsusi kəşfiyyat idarəsi kimi tanınan “SEPAH”ın “Qafqaz büro”sunun əməkdaşları gözləyirdi.

Bu tələbələr arasında aktivliyi ilə seçilən Polad Aslanov da var idi.SEPAH tərəfindən ona həvalə edilən vəzifə dini təşkilatlarla, siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları ilə bağlantılar qurmaq və nəticə etibarı ilə “Xeberman.com” və “Press-az.com” xəbər portallarının təsisçisi və baş redaktoru sifəti iləverilən tapşırıqları vaxtında  yerinə yetirmək idi.  Anti-milli və məkirli fəaliyyəti dönəmində Azərbaycana qarşı daima düşmən mövqedə qərarlaşmış SƏHƏR-2 kanalına müsahiblər verməklə ona verilən tapşırıqları maddi və şəxsi maraqlar müqabilində yerinə yetirməkdə həvəsli olan Polad Aslanov, Azərbaycan dövlətinə qarşı anti-milli xəyanətkar fəaliyyətinə uzun müddət sadiq qalmaqla bu mənəviyyatsız fəaliyyətinə  başqa-başqa şəxsləri də cəlb etməyə cəhd edib. Lakin, “su səhəngi suda qırıldı”.Polad Aslanov ötən ilin iyun ayının 13-də Dövlət Təhlükəsizlik Xidmətinin apardığı uğurlu əməliyyat-istintaq tədbirləri nəticəsində, İrana keçmək istəyərkən həbs edildi.

 

Onun həbsindən sonra istintaqa şahid kimi ilk dəfə ifadə verməklə  Polad Aslanovun xəyanətkar əməllərini könüllü şəkildə etiraf edən şəxs- elə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova idi. Həqiqəti etiraf etməsinə baxmayaraq, bu addımından hazırkı vəziyyətdə peşmançılıq hissi keçirən Gülmirə Aslanova ifadə verərkən hədə-qorxuya məruz qaldığını və saxlanıldığı otağa onun anlaqsız vəziyyətə düşməsi üçün “tüstü” buraxıldığını iddia edir. Absurd iddia ortaya qoyan G.Aslanova bu barədə ətraflı danışmaqdan boyun qaçırır və suallardan yayınır. Çünki yaxşı bilir ki, “yalan ayaq tutar, amma yeriməz”…

Xülasə: Hədə-qorxulara məruz qaldığını iddia edən bu şəxs, necə olur ki, DTX  haqqında özünün “facebook” sosial şəbəkəsində qorxmadan, çəkinmədən qaralama kampaniyası aparır?!

Göründüyü kimi, Gülmirə Aslanovanın aydınlıq verməli olduğu məsələ bəsit olsa da,  o, bu barədə danışmaqdan  qaçır, bu barədə onun şəxsi hesabına yazılan rəyləri, ismarıcları silir və həqiqət baxımından ona sərf etməyən şəxslərin hesabını əngəlləyir.

 

Xəyanət Zənciri

Qeyd etdiyim kimi Polad Aslanovun həbsindən sonra, Azərbaycan dövlətinə qarşı anti-milli təbliğat prosesi başladı. Daxildə bu prosesin mənbəyində duran Gülmirə Aslanova, eləcə də onun“dostları”dırsa, xaricdən də anti-milli ünsürlərin fəaliyyət timsalında bənzər proses formalaşıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı etnik separatizm təbliğatlarını aparan və bu prosesə rəhbərlik edən, qondarma “TMMH”nin başıyekəsi Əlikram Hümbətova məxsus sayt, eləcə də onun xələfi- mənəviyyatsız “mühacir” Azər Kazımzadə qeyd edilən anti-milli təbliğat və qarayaxma prosesində canfəşanlıq edir.

 

Son günlər Azər Kazımzadə adlı separatçı ünsür Polad Aslanovun işində adı keçən şəxslərin həqiqəti deməsi səbəbinə görə onların haqqında heç bir faktialoji mənbəyə və sübuta əsaslanmayan böhtan xarakterli iddialar irəli sürür.Diqqət yetirdikdə belə bir qənaətə gəlmək mümkündür ki, doğurdan da bu şəxsin Azərbaycan dövlətinə və onu təmənnasız sevən ölkə vətəndaşlarına qarşı nifrəti və ultura qərəzi var. Yoxsa, heç bir mənbəyə və sübuta əsaslanmayan iddiaların ortaya qoyulmasına, nə zəmin yarada bilər ki?!Əslində heç də təəccüblü deyil.

Azər Kazımzadə uzun müddətdirtalış xalqı adından sui-istifadə edərək Azərbaycan dövləti və xalqı əlehinə ermənilərlə eyni cəbhədə yer alıb. O, Əlikram Hümbətovun Azərbaycan xalqına qarşı yönəlmiş xəyanətlərinin davamçısı rolunda çıxış edərək,anti-Azərbaycan dairələrindən aldığı ianələr hesabına separatizmi təbliğ edir və nəticə etibarı ilə insanlar arasında mənəviyyatsızlığa söykənən qaralama kampaniyası ilə çaşqınlıq yaratmağa çalışır. Təsadüfi deyil ki.ona yaxınlığı ilə seçilən Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Polad Aslanov kimi dövlətə xəyanət etmə (CM-274) əməlinə görə həbs edilib. Odur ki, onun mahiyyəti üzrə  anti-mill qarayaxma kampaniyası və böhtan xarakterli iddiaları heç də təəccüblü deyil. Bələdçisi qarğa olanın burnu həmişə zibilikdə olar…

Sonda onu qeyd edim ki, Azərbaycan dövlətinə qarşı təxribat tribunlarından çıxış edən bu şəxslər bilməlidirlər ki, dövlətimizin və xalqımızın təhlükəsizliyi, əmin-amanlığı etibarlı əllərdədir.Heç bir anti-milli təbliğat, heç bir təxribat və qaralama kampaniyası Azərbaycan dövlətinin dayaqlarını sarsıda bilməz.Azərbaycan dövlətini sevən, xalqını və Vətənini sevərək əziz tutan hər bir Azərbaycan vətəndaşı – Azərbaycan Dövlətinin Xidmətçisi, onun sarsılmazlığının qarantıdır.Odur ki, istənilən təxribat, istənilən anti-milli təbliğat və qaralama kampaniyası faydasızdır.

DÖVLƏTƏ XƏYANƏT BAĞIŞLANILMAZDIR!

Samir Zeynalov

 

Əvvəlki yazı

Oğlu Rafael Dadaşovun səhhətindən danışdı

Sonrakı yazı

AZAL-dan Çinə bilet alanlara müraciət

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.