10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Pokrov Məhərrəm”in milyonlarla borcu: İş adamı hansı müğənnilərə pul xərcləyib?

14 Aprel 2018, 14:28
Gündəm
A A
“Pokrov Məhərrəm”in milyonlarla borcu: İş adamı hansı müğənnilərə pul xərcləyib?

Moskva məhkəməsi kriminal aləmdə “Pokrov Məhərrəm” adı ilə məşhur olan azərbaycanlı biznesmenin ev dustağı olmasına qərar verib

Moskva məhkəməsi kriminal aləmdə “Pokrov Məhərrəm” adı ilə məşhur olan azərbaycanlı biznesmen Zeynalov Məhərrəm Novruz oğlunun ev dustağı olmasına qərar verib.

Sputnik Azərbaycan-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, Moskva ətrafındakı İstrinski rayonunun hüquq-mühafizə orqanları biznesmenlə bağlı RF Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə istintaq aparır.

Məhərrəm Zeynalov Moskvadakı meyvə, tərəvəz və göyərti ticarəti ilə məşğul olan obyektlərə nəzarət edir. O, əvvəllər azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın dairəsinə daxil olub.

Əldə etdiyimiz məlumata görə, Məhərrəm Zeynalov kiçik qardaşı Rövşənlə birlikdə “Tyoplıy stan” metrostansiyası rayonunda ticarətə başlayıb. Sonra onlar öz ticarətlərini “Şeremetyevo”ya köçürüblər. Zeynalov bir neçə iri Moskva bazarına (Vıxino və Jeleznodorojnıy rayonlarındakı Ticarət Mərkəzlərinə, Balaşixa rayonundakı yerli və xarici avtomobillərin salonuna, eləcə də bir çox digər obyektlərə) nəzarət etmiş ümumittifaq miqyaslı nüfuzlu “qanuni oğru” Hikmət Muxtarovun (Sabirabadlı Hikmət və ya Lotu Hikmət) klanına daxil olub. Xatırladaq ki, Hikmət Sabirabadlı həmçinin Çerkizov bazarına (gəlirlərinin 25%-nə), eləcə də 2006-cı il aprelin 7-də qətlə yetirildiyi Leninqrad prospektindəki əşya bazarına nəzarət edib. Muxtarovun ölümündən sonra Zeynalov Rövşən Lənkəranski (2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) ilə dostluq əlaqəsi yaradıb.

2013-cü ildə “Pokrovka” adı ilə məşhur olan bazanın bağlanmasından sonra Zeynalov “Four Seasons” (Dörd mövsüm) Domodedovo meyvə-tərəvəz bazasında köç salıb. Qısa müddətdən sonra o, Food City aqroklasterinə köçüb və ticarətçilərini də özü ilə ora aparıb.

Bir qədər əvvəl Sputnik Azərbaycan məlumat yaymışdı ki, qumar və qadınlara olan həvəs Moskvadakı Food City Ticarət Mərkəzi ərazisindəki iri meyvə-tərəvəz bazarının azərbaycanlı sahibi Məhərrəm Zeynalovu az qala dəmir barmaqlıqlar arasına salacaqdı. Və bu təhlükə hələ tam sovuşmayıb. Çünki təkcə keçmiş “Four Seasons” Domodedovo meyvə-tərəvəz bazasından Zeynalovla bağlı hüquq-mühafizə orqanlarına 9 nəfərdən şikayət daxil olub. Zeynalov martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin bir sutka sonra azadlığa buraxılıb.

Zeynalovun həbsinə səbəb Pokrov bazarının fəaliyyət göstərdiyi vaxtdan üst-üstə yığılıb qalmış borclarıdır. Sonra məlum olub ki, biznesmen şəhərdən heç yerə getməmək şərtilə azadlığa buraxılıb. Bir sıra məlumatlara görə, onunla bağlı hüquq-mühafizə orqanlarına Food City-nin sahibi və milyarder Qod Nisanov xahiş edib.

Zeynalovun bu qədər borclarının üst-üstə yığılmasına səbəb onun qumara və qadınlara olan düşkünlüyüdür. O, eyni zamanda kazinolara və vətənindən olan şou-biznes nümayəndələrinə səxavətlə pul xərcləyir. Əlbəttə, Məhərrəm Zeynalovun Azərbaycanın hansısa şou-biznes ulduzları ilə flirt etdiyi ilə bağlı nə hələlik jurnalistlər tərəfindən bir işarə vurulmayıb. Lakin bu, onu yaxından tanıyanlara heç də sirr deyil. O, külli miqdarda pulunu sevgili olduğu müğənnilərin populyarlaşdırılmasına sərf edir. Əldə etdiyimiz məlumata görə, Zeynalov öz tanışlarına bir neçə milyon dollar borcludur.

Əvvəlki yazı

Gəncə sakini intihar edib

Sonrakı yazı

Q.Paşayeva və “Aprel 2016” Şəhid ailələrinə dəstək İB Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.