02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PİRVERDİYEVİN BANKI DA “ZİYANA İŞLƏYİR” – “Expressbank” ötən ili böyük zərərlə başa vurub

04 Fevral 2019, 21:34
Seçmə
A A
PİRVERDİYEVİN BANKI DA “ZİYANA İŞLƏYİR” – “Expressbank” ötən ili böyük zərərlə başa vurub

“AzPolitika.info” xəbər verir ki, artıq Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2018-ci ilin yekun hesabatlarını açıqlayıblar. Hesabatlardan bəlli olur ki, ötən ili ən böyük mənfəətlə başa vuran 425 milyon 841 min manatla “Azərbaycan Beynəlxalq Bankı”, ən böyük zərərlə qapadan isə 250 milyon 478 min manatla “VTB Bank (Azərbaycan)” olub.

Maraqlıdır ki, ən çox zərər edən iki bank Rusiya banklarının Azərbaycandakı törəmələri olan VTB Bank (Azərbaycan)” və “Nikoyl Bank”dır. Yerli bankların arasında isə birinci yerdə 23 milyon 755 min manat zərərlə “Expressbank” qərarlaşıb. Əslində, bu bankın ötən ilki faiz və qeyri-faiz gəlirlərində, eləcə də ümumi gəlirlərində 6 milyon manata yaxın artım müşahidə olunub və bu göstərici 2017-ci ildəki 38 milyon 719 min manatdan 44 milyon 497 min manata yüksəlib. Bankın faiz gəlirləri kifayət qədər yüksək olsa da, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılması onun 2 milyon 155 min manat faiz zərəri etməsilə nəticələnib.Bu isə ciddi məbləğdə riskli kreditlərin mövcudluğundan xəbər verir.

Ancaq ötən il əgər böyük məbləğdə zərər açıqlayan “VTB Bank Azərbaycan” və “Nikoyl Bank”ın bu göstəriciləri əsasən ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayrılan iri vəsaitlərlə bağlıdırsa, “Expressbank”ın zərərində inzibati və ümumi xərclərinin 26 milyon 128 min manat təşkil etməsinin xüsusi rolu olub.Çünki bu xərclərdən öncə bank 2 milyon 373 min xalis gəlir əldə edib ki, burada da “Expressbank”ın 4 milyon 528 min manat qeyri-faiz mənfəəti əldə etməsinin əhəmiyyətli rolu var.

Expressbank_180413

Ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına, eləcə də ümumi və inzibati xərclərə böyük məbləğlər ayırması nəticəsində “Expressbank” yerli banklar arasında zərərin miqdarına görə, liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı.

Bankın cari balans kapitalında da azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə 144 milyon 317 min manat cəmi balans kapitalına malik olan bankın bu göstəricisi 119 milyon 348 min manata enib.

Lakin bütün bunlarla yanaşı, bankın cəmi aktivləri 26 faizə yaxın artaraq, 395 milyon 204 min manata çatıb. Müştərilərə verilən kreditlərin həcmində də 50 milyon manatdan çox artım var. Həmçinin, əhalinin bu bankdakı əmanətləri də 19 milyon manat çoxalıb. Digər mühüm göstəricilər olan məcmu kapitalın həcmi və adekvatlığı da kifayət qədər yüksək olub.

1531214109_etibar_priverdiyevOnu da qeyd edək ki,  “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Elə rəsmən də bankın əsas səhmdarları “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qaynı olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi məxsusdur.

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

Ekspert marketlərdəki qiymət artımından danışdı:“Bahalaşma idxal xərclərinin artması ilə bağlıdır”

Sonrakı yazı

Ailənin 12 il gözlədiyi korpə doğuşdan 2 saat sonra ölüb!

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.