Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yaxın günlərdə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol infrastrukturunun tam yenilənməsi istiqamətində genişmiqyaslı təmir-tikinti işlərinə başlayacaq.
Bu barədə Reportyor.info-ya AAYDA-dan bildirilib. Məlumatda deyilir ki, anoloji işlər ötən il rayonun Kürdəxanı qəsəbəsində aparılıb. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunub.
Ümumilikdə, 2019-cu ildə Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.