13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PENTAQONLA ROTŞİLD AİLƏSİ ARASINDA SAVAŞ DƏRİNLƏŞİR – Gizli müşavirlər İranda hansı ssenarini seçəcək? – ARAŞDIRMA

06 Yanvar 2019, 23:49
Manşet
A A
PENTAQONLA ROTŞİLD AİLƏSİ ARASINDA SAVAŞ DƏRİNLƏŞİR – Gizli müşavirlər İranda hansı ssenarini seçəcək? – ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 04 dekabr 2018-ci il

“Dərin Amerika” ilə Rotşild ailəsinin mübarizəsindən çox yazmışıq, indi də yazırıq. Rotşildlərin əlinin altında çalışan çox ailə var. Ən yüksəkdə – zirvədə olduqları üçün oyunu quranlar da onlardır.

Rotşildlər pulla hərəkət edərək, ABŞ-ı idarə etmək istəyən bir ailədir. Hər bir ölkədə özlərinə bağlı olan çox zəngin, güclü ailələr formalaşdırıblar və onlar görünməyən əlaqələrlə bir-birinə bağlıdırlar. Dünyanın müxtəlif nöqtələrində eyni anda bir hədəfə yönəlik hərəkət edə bilmələrinin səbəbi də bu əlaqələrdir. Bu, uzun hekayədir…

Bu günə gələk və gedən mübarizəyə baxaq. İki gündür Pentaqonla Rotşildlər arasında gedən mübarizədə ortaya çıxan şəxslərdən yazırıq.

Pentaqon xüsusilə “Rothschild & Co”nun yüksək səviyyəli təmsilçiləri olan Erik de Rotşild (Eric de Rothschild), Klaus Mangold və Covanni Salvettinin maliyyədən əl çəkməsini istəyir. Stiv Bennon bu işdən əl çəkmir. Məqsəd bu ailənin pulla əlaqəsini ən aşağı səviyyəyə endirərək, əməliyyatlarını durdurmaqdır. Bu güc balansında bizim yaxşı tanımadığımız bir şəxs olan Erik de Rotşild ailə üçün çox önəmlidir.

“Rothschild & Co”nun sahibi olan Erik de Rotşild ailə içində çox önə çıxmayan dərin fiqurlardan biridir. Rotşild ailəsində vəzifələr dəqiq şəkildə paylanır və həddi aşma əsla ola bilməz. Təbii, Erik de Rotşild pulla bağlı ən önəmli mövqedə olan bir şəxsdir. Ailənin çox önəmli fərdlərinin pulla yaxın əlaqələri olsa da, Erik de Rotşildin yeri fərqli, çox fərqlidir. Çünki Erik de Rotşild Rusiya, İngiltərə, Fransa, Hollandiya, İtaliya, Mərakeş, Tunis, Misir, İran, Qazaxıstan, Türkmənistan, Cənubi Afrika kimi 70 ölkənin mərkəzi bankının gizli müşaviridir. Əslində, bu ölkələrin mərkəzi banklarını idarə edən şəxsdir.

Sahibkar olduğunu deyən çox şəxs vardır. Tez-tez pıçıltı ilə danışırlar. Müşavir olduğu qəti olmaqla birlikdə, bu dedi-qodular da az deyildir. Məsələn, Erik de Rotşild 2006-cı ildə Türkiyədə, 2007-ci ildə Cənubi Afrikada, 2008-ci ildə isə Türkmənistan və Qazaxıstanda təqribən 3 ay yaşayıb. O dövrdə qaldığı bu ölkələrin maliyyə sistemindəki güclü inteqrasiya çox önəmli idi. Həmin tarixlərdə 70 yaşına çatmış birinin öz evindən uzaqda yaşaması ailənin nə qədər özəl bir iş prinsipi olduğunun da göstəricisidir. Başqa sözlə, Erik de Rotşild çox güclüdür. Yəni, sıradan biri deyil.

Corc Sorosu bütün dünyada tanıdan, böyüdən də Erik de Rotşilddir. İndi qarşı-qarşıya gəlsələr də, bu gün Soros Erik de Rotşildlə eyni yerdə olmaqdan çəkinir.

Erik de Rotşildin önəmli bir özəlliyi də ailə içində müsəlmanlara ən yaxın şəxs olmasıdır. Bir çox ölkədə önəmli müsəlmanlarla dostluq quran Erik de Rotşildin pulla oyun oynaması adi bir hadisədir.

Bir çox ölkədən şəxsi alacağı olan Erik de Rotşild bir müddət öncə Qazaxıstanda Mərkəzi Bankı tamamilə öz əlinə alıb. Bu, mətbuata da sızdırılıb. Bəlkə güc nümayişi, bəlkə də yeni sistemin şəffaf bir detalı idi. Bilmirəm, lakin bu detal sızdı, masa fotoşəkili verildi. Maraqlı olan Klaus Mangold və Covanni Salvettinin (Giovanni Salvetti) Erik de Rotşildlə birlikdə eyni masada olması idi. Yəni, komanda oyunu!

Erik de Rotşild İranda da çox güclüdür. İrandakı ən zəngin 10 ailə ona bağlıdır. Ölkənin maliyyə sisteminin rəhbərliyindəki şəxslər bu ailələrin fərdləridir. İranda maliyyə ilə bağlı atılacaq hər bir addım bu ailələrin ortaq qərarı, dolayısı ilə Erik de Rotşildin razılığı ilə olur. Kimsə ondan müstəqil iş görə bilməz. İmkan da verməz…

Hazırda Vaşinqtonun İrana qarşı başlatdığı iqtisadi əməliyyatın mərkəzində Erik de Rotşild, yəni Rotşild ailəsi durur.

ABŞ hərbçilərinin Suriyadan Şimali İraqa çəkilməsinin pərdə arxasında olan məsələ də Rotşild ailəsilə bağlıdır. Pentaqon, “Lazım olarsa, İranı Suriyanın şimalındakı hərbçilərimizlə vurarıq. İrandakı oyununuzu bitirərik” deyərək, ailəyə gözdağı verir.

Orada hədəf İran deyil, Rotşild ailəsinə bağlı olan ailələrdir.

İranın ciddi iqtisadi gücü vardır. Bu güc də ailədən gəlir. İndi Vaşinqton bu gücü bitirmək üçün İranı hədəfə alıb. Ciddi şəkildə zərər verdiyi də doğrudur. Ancaq Rotşildlərə bağlı olan 10 ailə hələ ki, zərər görməyib. Çünki Londonda verilən bir qərarla bu ailələrə aid sektorların Əfqanıstan və Çin üzərindən dünyaya açılması davam edir.

Bu məsələdə Fransa da ailələrin yanında yer alır. İndi, əgər qarşıdakı dövrdə İranda iqtisadi çöküş baş verərsə, həmin 10 ailənin ölkədə idarəçiliyi tamamilə ələ alması müzakirə ediləcək. Bu da Rotşild ailəsinin önəmli planlarından biridir.

Ailə üçün dünyanın ən güclü bankları üzərində böyük “şirkət evlilikləri”ni idarə edən də Erik de Rotşilddir. Onun Paris Böyük Sinaqoqu Fəxri Prezidenti olması bu gün dünyada ən təsirli şəxslərdən biri olması mənasına gəlir.

Dollara qarşı rəqəmsal pulu ilk dəfə ortaya atan şəxs də Erik de Rotşilddir. Rəqəmsal pul onun kəşf etdiyi metoddur və qarşısı nə qədər alınırsa-alınsın, çox yaxında həyatımızı rəqəmsal pulla davam etdirəcəyik. Dolları dollarla yıxa biləcək gücə çatan Rotşild ailəsinin bu gün ortada yeni pulla bağlı atdığı çox önəmli addımlar var.

Ailənin əmri ilə bir çox mərkəzi bank rəqəmsal pula keçəcək. Bunun infrastrukturu artıq yaradılıb. Sadəcə, Erik de Rotşild və ailəsinin digər üzvlərinin bu işə start verməsi gözlənilir.

Ölkələrin ordularını idarə etmək çox böyük gücdür. Bu da Vaşinqtonun əlindəki ən böyük kozırdır. Ancaq mərkəzi bankları idarə etmək də, ən azı, orduları idarə etmək qədər önəmlidir. Bu da ailənin əlindəki ən böyük gücdür.

Vaşinqtonun sızdığı mərkəzi banklar, Rotşild ailəsinin də sızmağı bacardığı ordular olmamış deyil. Ancaq tərəflərdən heç biri nəzarəti tam ələ ala bilməyib. Bundan sonrakı müddətdə də bunun olma ehtimalı zəifdir. Bu, tərəflərin bir anlaşma yolu tapma ehtimalını gücləndirsə də, o ehtimal elə də yaxın görünmür.

İran, Suriya, Rusiya, Avrasiya və Orta Şərqdəki mövcud durum da Pentaqonla Rotşild ailəsi arasında gedən mübarizə səbəbilə gərgindir. Bu, bitənə oxşamır. Kipr məsələsi də belədir.

Yeni masa buralara hakim olanlar tərəfindən qurulacaq.

Ərəfədəyik, pula görə qopacaq bir fırtına qapıdadır. Silahla bağlı durum da eynidir.

Necə olacağını baxıb, görəcəyik…

Tərümə Strateq.az-ındır

Əvvəlki yazı

2019-da siftəni korlayan, ölkəni qarışdıran üç deputatın şok – Dosyesi…

Sonrakı yazı

Dövlət xidmətində dəyişiklik –İdarə rəisi işdən çıxarıldı, yeni təyinat oldu

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.