20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Pensiya kəsən, qaziyə qara qəpik verən nazirlik…

20 İyun 2024, 10:25
Sosial, Banner
A A
Pensiya kəsən, qaziyə qara qəpik verən nazirlik…

Azərbaycanda sosial təminat sahəsinin şikəst edildiyi illərin problemidir. Faciə ondadır ki, ildən-ilə bu sahədə irəliləyiş yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, İsveç və digər yüksək rifahın təmin edildiyi dövlətlərdə sosial şəraitin yaxşılaşması üçün hər il proqramlar qəbul olunur. Halbuki bu ölkələrdə əhalinin yaşayış səviyyəsi o dərəcədə yüksəkdir ki, hökumətlər sosial təminatı yaxşılaşdırmasa belə vətəndaşlar əziyyət çəkməyəcəklər.

Çünki maaş və pensiya yüksək, uşaq pulu, o cümlədən digər müavinətlər verilir, bir sözlə, isveçrəli, yaxud avstriyalı bu qayğılar haqda heç düşünə bilmir. Onlar neft-qaz ölkəsi Azərbaycanda XXI əsrin üçüncü onilliyində  əhalinin hələ də belə bəsit problemlər girdabında yaşadığını bilsələr təəccüb edərlər. Həqiqətən də bizdə əhalinin elementar sosial problemləri həll olunmayıb: aşağı maaş və pensiya, dolanışıq zəif, uşaq pulu verilmir, pensiyalar kəsilir, qazilər cəmi 80 manat veteran pulu alır, əlillik dərəcəsi almaq ən ağır işgəncə prosesinə çevrilib və bütün bu çətinliklər qalib Azərbaycanda yaşanır.

Xüsusən də bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başabəladır. Quruma Sahil Babayevin rəhbər gəldiyi gündən təqaüd alanların, qazilərin, əlilliyi olanların qara günləri başlanıb. Anaxeber.info müşahidə aparıb ki, bütün sosial şəbəkə platformalarında bu nazirlikdən şikayətlərə rast gəlmək mümkündür. İnsanlar bölgələrdən, kəndlərdən, həmçinin, Bakıdan ən müxtəlif problemlərlə əlaqədar video müraciət çəkib sosial media səhifələrinə yerləşdirirlər. Hazırda tik-tok, feysbuk, yutub S.Babayevin sistemindən olan şikayətlərlə dolub-daşır. Ölkədə ikinci belə nazirlik yoxdur ki, kütləvi narazılıq olsun.

Hətta deputatlar da zaman-zaman ƏƏSMN-dən olan şikayətləri dilə gətiriblər. Misal üçün Vahid Əhmədov qurumu “pensiya kəsən nazirlik” adlandırıb. Ümumən qurum aztəminatlı təbəqənin heysiyyatı ilə oynayan qərarlar qəbul etməkdən sanki həzz alır. İndiyə qədər Sahil Babayevi və komandasını alqışlayan bir adam olmayıb. Nazirlər Kabinetində ən çox hansı məmurun dəyişməsi barədə ictimai rəy sorğusu keçirilsə, birmənalı şəkildə Sahil Babayev lider olacaq. Bunu özləri də bilirlər, amma sosial təminat sahəsində hər hansı müsbət ideya irəli sürmürlər.

Məsələn, pandemiya dönəmində nazirlik özünüməşğulluq proqramı həyata keçirirdi. Bir dəri, bir sümük, xəstə olan heyvanları vətəndaşlara sırıyıb guya onlara dəstək olurdular. Axırda məlum oldu ki, əksəriyyəti heyvanı qaytarır, xəstə qoyun-keçi kimə lazımdır? İndi də o proqramdan xəbər yoxdur, pullar silindi, batdı getdi…

Yəni nazirliyin sosial təminat sahəsində əhalini razı salan layihəsi olmayıb. Əvəzində minlərlə insanın göz dikdiyi qəpik-quruş pensiyası kəsilib, uşaq pulunun adını çəkmək belə qadağandır, qazilərin intiharı ara vermir, onların işlə təmin olunması, reabilitasiyası istiqamətində genişmiqyaslı addımlar atılmır. Kəsəsi, bərbad bir idarəetmə mövcuddur.

Bununla belə, tədbirlərdən birindən çıxanda görüntülənən nazir Sahil Babayev yan-yörəsindəki adamları, müavinləri ilə birgə elə şəstlə gedir, bahalı avtomobilinə elə özünəvurğunluqla əyləşir, deyərsən, xalqın “Koroğlu”su, xilaskar “Babək”idir. Ancaq tam əksinə, onun üzərində olan geyimlərinin məbləği açıqlanıb və məlum olub ki, bir qazinin aylıq 80 manatı ilə Sahil Babayevin ayaqqabısının bir tayını belə almaq olmaz. Görəsən, Almaniya, Britaniya, Danimarka kimi ölkələrin də nazirləri ilə sıravi vətəndaşları arasında bu qədər uçurum var?

Belə ki, nazirin bahalı brend olan “Stefano Ricci”dən geyimi ətrafdakı insanların da diqqətini çəkib. Stefano Ricci”-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi “Stefano Ricci – Polo” modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir. Əlavə şərhə ehtiyac qalmır, qazi sintetik materialdan olan 7 manatlıq köynək də geyinə bilər, əsas odur ki, nazir brend mal geyinsin…

Anaxeber.info

Əvvəlki yazı

DTX-dən ƏMƏLİYYAT – Bu şəxslər İFŞA EDİLDİ

Sonrakı yazı

Həcc ziyarətində ölənlərin sayı 1000-ə çatır

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.