Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ceyhun Əkbər oğlu Həsənovu ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Reportyor.info qaynarinfo-ya istinadla xəbər verir ki, Mirsaleh Seyidov uzun müddətdir Penitensiar xidmətdə çalışır.
Ədliyyə polkovniki rütbəsi daşıyan yeni rəis bu təyinatadək Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi olub.