06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Payızda karantinə qayıdırıq, aprelə qədər davam edəcək” – Həkim

09 Sentyabr 2020, 10:22
Seçmə, Sosial
A A
“Payızda karantinə qayıdırıq, aprelə qədər davam edəcək” – Həkim

Azərbaycanda koronavirus pandemiyasının altıncı ayından sonra Operativ Qərargah yumşalmalara başlayıb. “Yeni Müsavat” xatırladır ki, martdan bağlanan rayonlara gediş-gəliş artıq bərpa olunub, kafe-restoranların içində xidmətə icazə verilib, əksər müəssisələr, sahələr işini davam etdirirlər. Bu yumşalmaların iki həftə sonra yoluxmada hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki statistika ürəkaçandır.

Təkcə sentyabrın 7-də olan göstəricilərə nəzər yetirəndə cəmi 89 nəfərin yoluxduğunu görürük və sağalanlar 132 nəfər təşkil edib. Bu tendensiyanı müsbətə doğru qoruyub saxlaya bilsək, bir ay sonra yoluxma tamamilə sıfıra düşə bilər. Halbuki payız dalğası barədə tez-tez anonslar, proqnozlar eşidirik. Əslində analoji yumşalmaya mayda da gedilmişdi və bumeranq effekti verdi, yoluxma və ölü sayı kəskin artdı. Üstəlik, o zaman bölgələrə gediş-gəlişə icazə yox idi.

Hazırda isə istisna qadağalar qalıb – Bakı, Sumqayıt və Abşeronda həftəsonu ictimai nəqliyyat işləmir, metro hələ ki açılmayıb, iri ticarət mərkəzləri qapadılıb, toy-yas qadağası qüvvədədir, qapalı yerlərə daxil olarkən maska taxmaq tələb olunur.

Ölkənin yerdə qalan ərazilərində isə karantin aradan qaldırılıb və belə demək mümkünsə, COVİD-19 Azərbaycanı tərk etməkdədir. Amma qayıdacaqmı – bunu söyləmək tezdir.

Sadəcə, xoşagəlməz xəbərlər eşidirik: dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Gürcüstanda karantin qaydaları sərtləşdirilir, Türkiyədə toy-nişan hər yerdə qadağan edilib, İranda yoluxan və ölənlər günbəgün artır, Avropada da karantinin sərtləşdirilməsi prosesi başlanıb, Azərbaycan isə açılımlar etməkdədir.

Ən böyük narahatlıq isə regionlara gediş-gəlişi açılması barədə qərardır. Yarım ildir ki, rayonlarla Bakı arasında əlaqə kəsilmişdi. Artıq cəmiyyət, deputatlar, həkimlər də haqlı olaraq yolların açılmasını tələb edirdi.   

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm “Yeni Müsavat”a bildirib ki, regionlara gediş-gəlişin açılması yoluxma sayını azaldacaq. Onun fikrincə, Bakının müəyyən qədər boşalması buna təsir edə bilər. Həkim, bununla belə, epidemiyanın payız dalğasının gələcəyi  ehtimalını yüksək hesab edir: “Payızda soyuqdəymə başlayacaq və COVİD-19-la respirator xəstəliklər bir-birinə qarışacaq.  Ehtimal var ki, payızda sərt karantinə qayıtmalı olacağıq. Ümumiyyətlə, aprelə qədər bu vəziyyət davam edəcək”.

Ə.Rüstəmin fikrincə, metronun açılmasının vaxtıdır, çünki ictimai nəqliyyatda sıxlıq var. Onun dediyinə görə, artıq iki koronavirus xəstəxanası bağlanıb, əvəzində Zığda 2277 nəfərlik modul xəstəxana açılıb: “Xəstələrin hamısını ora yığmaq olar, digər xəstəxanaların əvvəlki kimi işləməsinin vaxtı çatıb”.

Tibb üzrə professor Adil Qeybulla qeyd edib ki, rayonlararası yollar açılmayıb, insanlar arasında təmaslar məhdud olsa yaxşıdır: “Söhbət karantin qaydalarına qeyd-şərtsiz əməl etməkdən gedir. ÜST pandemiya haqda son raport verənə qədər karantin tələblərinə riayət etməliyik.

Çünki payızda virusla digər respirator xəstəliklərin diferensiyası çətinlik yaradacaq. Ona görə maska taxmaq, sosial məsafə gözləmək davam etməlidir”. A.Qeybullaın sözlərinə görə, virus getdikcə zəifləyir, mutasiyaya uğrayır və qışda tamamilə yox olacağı gözlənilir: “Ancaq heç bir halda payızda ev və sərt karantinə qayıtmaq olmaz, böyük yanlışlıqdır, əhalinin psixologiyasına ciddi təsir edəcək”. Professor pandemiyanın nə qədər davam edəcəyi haqda müxtəlif rəylər olduğunu söylədi: “Aprelə qədər uzanacağını  da deyirlər. Amma nəyə əsaslanırlar bilmirəm. Rəsmi qurumlardan da müəyyən açıqlamalar görürük. Bundan qabaqda payıza vaksinin hazır olacağını söyləyirdilər. Bu illüziyadan uzaq dayanmaq lazımdır. Virusun xeyli ştamları var, mutasiyaya uğraya bilir, yoluxan şəxs təkrar yoluxmur”.

 

Əvvəlki yazı

REAL-Müsavat qovğası qızışdı – İttihamlar

Sonrakı yazı

Əli Mirəliyev: “Qoz kimiyəm”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.