Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home SEÇMƏ

PAVEL QRAÇOV ELÇİBƏYİ ŞƏXSƏN TƏHDİD EDİBMİ? – Pənah Hüseyn “yox”, Fazil Mustafa “hə” deyir

2019-05-25
in SEÇMƏ
A A
0
PAVEL QRAÇOV ELÇİBƏYİ ŞƏXSƏN TƏHDİD EDİBMİ? – Pənah Hüseyn “yox”, Fazil Mustafa “hə” deyir
0
SHARES
29
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Şuşa və Laçının işğalı ilə bağlı danışarkən sensasion açıqlamalar verib. Deputat deyib ki, Əbülfəz Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyiblər. Çünki Rəhim Qazıyev həmin vaxt müdafiə naziri idi və ən müxtəlif yerlərdə ermənilərin məqsədlərinin həyata keçməsinə şərait yaradırdı.

Cəbhə hakimiyyəti dövründə nazir müavini vəzifəsini tutan Fəzail Ağamalı fikirlərinin davamında bildirib ki, zamanında müdafiə naziri Rəhim Qazıyevin işdən çıxarılmasına və həbsinə Rusiya imkan verməyib. O, əlavə edib ki, Rusiya müdafiə naziri Qraçov birbaşa Əbülfəz Elçibəyə zəng vuraraq xəbərdarlıq edib ki, əgər Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getsə, bütün torpaqları işğal edəcəyik. Ağamalının iddiasına görə, dediklərini şahidləri var: bunlar Fazil Mustafa və Əli Kərimlidir.

original

Deputat F.Ağamalının iddialarından belə çıxır ki, Rusiya müdafiə naziri səviyyəsində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyi Rəhim Qazıyevə görə açıq təhdid edib, onun nazir vəzifəsindən çıxarılacağı təqdirdə Azərbaycan torpaqlarının işğal olunacağını bəyan edib.

Bu iddiaların nə dərəcədə həqiqət olub-olmadığını həmin dövrün şahidləri, proseslərin iştiraçıları ilə araşdırmağa çalışdıq.
AXC hökumətinin Baş naziri Pənah Hüseyn bildirdi ki, 1993-cü ilin yanvarında Rusiya müdafiə naziri Qraçovun Rəhim Qazıyevi müdafiəsi etməsi ilə bağlı materiallar mətbuatda dərc edilib. Onun sözlərinə görə, “Azadlıq” qəzetinin arxivindən bunu əldə etmək mümkündür: “Ancaq guya Qraçovun Əbülfəz Elçibəyə zəng etməsi tamamilə yalan məlumatdır. Mən bunu dəqiq deyirəm. Qraçov heç vaxt Əbülfəz Elçibəyə zəng etməyib. Təbii ki, konkret belə söhbətlər də olmayıb”.

“Rəhim Qazıyevin həbsinə 4 iyun qiyamı mane oldu”

penah-768x512

Pənah Hüseyn Rəhim Qazıyevin o dövrdə həbs olunması və barəsində cinayət işinin açılması barədə maraqlı məlumatlar açıqlayıb: “Həmin dövrdə Müdafiə Nazirliyində istintaq işi aparılırdı, nazirliyin iki idarə rəisi və nazirin müavini həbs olunmuşdu. O cümlədən, Rəhim Qazıyevin fəaliyyəti də prokurorluq tərəfindən araşdırılırdı. Məndə olan məlumata görə, təxminən 25-30 cildlik material toplanmışdı. Bu işin başa çatdırılmasına 4 iyun qiyamı mane oldu. Mənə məlumdur ki, 4 iyun qiyamından bir müddət əvvəl baş prokuror İxtiyar Şirin müdafiə naziri Rəhim Qazıyev haqqında cinayət işinin başlanması və həbsi barədə Milli Məclisin sədri İsa Qəmbərə məruzə edib. Yəni qeyri-rəsmi olaraq materialları İsa Qəmbərə təqdim edib. Ali Sovetin sədri İsa Qəmbər isə bu məsələnin daha da öyrənilməsi və Rəhim Qazıyevin həbs edilmədən işin davam etdirilməsi mövqeyində olduğunu bildirib. Həmin dövrdə Rəhim Qazıyev Milli Məclisin üzvü idi və onun haqqında cinayət işinin qaldırılması, habelə həbsinə Ali Sovetin razılıq verməsi lazım gəlirdi. Yəni məsələ parlamentdə müzakirəyə çıxarılmalı idi. Sonradan Rəhim Qazıyevin məhkəməsində istifadə olunan materialların əksəriyyəti bizim dövrümüzdə toplanan əməliyyat-istintaq materialları idi”.

“Müdafiə nazirinin Rusiya ilə danışıqlarını tutmuşduq”

elcibey

Pənah Hüseyn o dövrdə Elçibəy hökumətinin Rusiya tərəfindən təhdid olunub-olunmaması haqqında danışıb, bildirib ki, birbaşa Azərbaycan dövlət başçısına qarşı açıq təhdiddən söhbət gedə bilməz: “Amma Rusiya hakimiyyət dairələrinin Azərbaycana həm dövləti mənada, həm də ayrı-ayrı istiqamətlər üzrə təhdid xarakterli mesajları olurdu. Yəni bu təkcə Azərbaycan hakimiyyəti ilə bağlı deyildi. Bəli, bəzən diplomatik, bəzən qeyri-rəsmi vasitələrlə mesajlar çatdırılırdı. Xüsusilə, 1993-cü ilin yanvar, fevral və mart aylarında bunlar olurdu. Sovet qoşunlarının Azərbaycandan çıxarılması ciddi şəkildə müzakirə olunurdu. Söhbət Gəncədəki general Şerbakınkomandiri olduğu diviziyanın ölkədən çıxarılmasından gedirdi. Çünki bundan əvvəl iki dövlət arasında imzalanan müqavilədə nəzərdə tutulan qoşunlar artıq ölkədən çıxarılmışdı. Amma çıxarılanlar keçmiş Sovet İttifaqının Müdafiə Nazirliyinə tabe olan qüvvələr idi. Şerbakın diviziyası isə birbaşa Rusiya Müdafiə Nazirliyinə tabe etdirilmişdi deyə müqavilədə bu diviziyanın ölkədən çıxarılması öz əksini tapmamışdı. Bununla bağlı çətinliklər olurdu və Rusiya onun ölkədən çıxarılmasına müqavimət göstərirdi. Əlavə edim ki, Rəhim Qazıyevin istefasına səbəblərdən biri də, onun general Şerbak və Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə telefon danışıqları olmuşdu. Bu danışıqlar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dinlənilmişdi. Milli Məclisdə, Rəhim Qazıyev müdafiə naziri postundan istefa etdiyi iclasda da bu telefon danışığı barədə məlumat verilmişdi. Rəhim Qazıyev əslində bu məlumatdan sonra istefası haqqında bəyanat verdi. Bu materiallar, habelə kəşfiyyat və digər yollarla əldə etdiyimiz məlumatlarda təhdidlər özünü göstərirdi. Amma konkret olaraq Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə zəng edilməsi və onun təhdid olunması birmənalı şəkildə həqiqətəuyğun informasiya deyil”.

“Elçibəy söhbət zamanı dedi ki, Qraçov ona zəng edərək…”

fazil-mustafa-88-768x477

Böyük Quruluş Partiyasının sədri, deputat, AXC hakimiyyəti zamanı Prezident Administrasiyasında dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış Fazil Mustafa isə “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, həqiqətən də Rusiyanın müdafiə naziri Pavel Qraçov Rəhim Qazıyevə görə Azərbaycan prezidenti Əbülfəz Elçibəyə zəng edərək, onu təhdid edib: “Əbülfəz bəy söhbət zamanı bunu bizə açıqladı. Qraçov tərəfindən zəng edilib və Azərbaycana qarşı sərt addımlar atılacağı ifadə edilib. Bunu Əbülfəz Elçibəy mənə deyib. O zaman Rusiyanın Azərbaycana təhdidləri var idi. Rusiyanın atdığı addımların hamısında bu təhdidlər hiss olunurdu. Diplomatik və digər kanallar vasitəsilə də bu təzyiqlər hiss olunurdu”.

Fazil Mustafa qeyd edib ki, Rusiyanın Azərbaycanı belə təhdid etməsi təsadüfi deyildi. “Bu həmişə belə olub, bu gün də onun simptonları var. O dövrdə də hansısa konkret şəxslər üzərindən ölkəyə təzyiqlər göstərilirdi. Belə bir vəziyyətdə də xoşagəlməz durumlarla rastlaşırdıq. Rusiya o zaman Əbülfəz Elçibəyin hakimiyyətdə qalmasında maraqlı deyildi və bu səbəbdən də müəyyən ünsürlər vasitəsilə qarışıqlıq yaratmağa çalışırdı. Siz diqqət edin, ruslar silahı üç yerdən adamlara verirdi. Bakıda Rəhim Qazıyevə, Gəncədə Surət Hüseynova, Lənkəranda isə Əlikram Hümbətova. Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsi zamanı da bu üç xətt hərəkətə gəldi və aktiv iştirak etdi. Odur ki, bu məsələ təsadüfi deyildi”.

Fazil Mustafa sonda qeyd edib ki, həmin dövrdə müdafiə naziri olan Rəhim Qazıyevin işdən çıxarılması haqda düşüncə olub: “Bununla bağlı Prezident Administrasiyasında toplantı da keçirildi. Toplantıda Rəhim Qazıyevin özü də iştirak edirdi. İclasda orduda olan vəziyyətlə bağlı geniş müzakirələr aparıldı. Mən və Əli Kərimli çıxış etdik və qeyd etdik ki, orduda ciddi problemlər var, habelə torpaqların işğalında bununla əlaqəli məqamlar mövcuddur. Bu toplantıdan az sonra Rəhim Qazıyev istefa verdi və sonrakı fəaliyyəti də hakimiyyətin devrilməsinə yönəldi”.
“Fəzail Ağamalı bunları haradan bilir?”

rehim_qaziyev

Rəhim Qazıyevin özü isə məsələyə özünəməxsus şəkildə münasibət bildirib:“Əbülfəz Elçibəy həyatda yoxdur. Siz, Pənah Hüseyndən, İsa Qəmbərdən və digərlərindən soruşa bilərsiniz. Qraçov Əbülfəz bəyə zəng etməyib. İkincisi, İsa Qəmbərə, Pənah Hüseynə və ya digərinə ümumiyyətlə zəng edibmi? Bunu həmin şəxslərdən dəqiqləşdirin. Fəzail Ağamalı bunu haradan bilir? Məncə, insan eşitdiyini deyil, gördüyü və şahid olduğu söhbəti danışar. Mən canavar, pələng deyildim ki, məni tutalar? Heydər Əliyev məni həbs etdi, bəyəm dünya dağıldı? Kim istəsəydi məni həbs edə bilərdi. Unutmasın ki, mən nə gündə bir mövqe dəyişməmişəm, nə də məhkəmədə Əbülfəz Elçibəyin üzünə durmamışam”.

Vaqif NƏSİBOV
AzPolitika.info

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Ramazanın 20-ci gününün duası – İmsak və iftar vaxtı

Next Post

PAŞİNYAN OĞLUNU QARABAĞDAN ÇIXARDI –”Qarabağ klanı”ndan, yoxsa Azərbaycanın hücumundan qorxur?

Next Post
PAŞİNYAN OĞLUNU QARABAĞDAN ÇIXARDI –”Qarabağ klanı”ndan, yoxsa Azərbaycanın hücumundan qorxur?

PAŞİNYAN OĞLUNU QARABAĞDAN ÇIXARDI –"Qarabağ klanı"ndan, yoxsa Azərbaycanın hücumundan qorxur?

Rus general:”Əsəd ordusuna qarşı hücum başlayacaq”

Rus general:"Əsəd ordusuna qarşı hücum başlayacaq"

Ermənistan silahlı qüvvələri atəşkəsi 20 dəfə pozub- Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələri atəşkəsi 20 dəfə pozub- Müdafiə Nazirliyi

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2022-05-21
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

2022-05-21
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-21
Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

2022-05-20
Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

2022-05-20
Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

2022-05-20
Azərbaycan artıq donor ölkəsinə çevrilib

Azərbaycan artıq donor ölkəsinə çevrilib

2022-05-20
Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

2022-05-20
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

2022-05-20
Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

2022-05-20
Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

2022-05-20
DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

2022-05-20

Seçmə

  • Bütün
  • SEÇMƏ
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu
Manşet

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ
SEÇMƏ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı
SEÇMƏ

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb
Manşet

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

2022-05-19
Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
SEÇMƏ

Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

2022-05-19
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.