20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PAŞİNYANLA “QARABAĞ KLANI” ARASINDA GƏRGİNLİK – “Ermənilər özləri bir-birini qırmağa başlayacaq”

24 May 2019, 11:04
Manşet
A A
PAŞİNYANLA “QARABAĞ KLANI” ARASINDA GƏRGİNLİK – “Ermənilər özləri bir-birini qırmağa başlayacaq”

Ermənistanda indiki baş nazir Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsilə “məxməri” deyilən inqilabdan keçən bir ildən sonra daxili-siyasi çarpışmanın sürdüyünə təəccüblənməyə dəyməz. Amma yeni Ermənistan hökumətinin tanınmamış Dağlıq Qarabağda inqilab etmək, Paşinyanın ürəyinə yatmayan adamları götürmək hədəsi açıq nonsens görünür ki, bu da, şübhəsiz, DQR (mətndə belədir-tərc.) və ER ermənilərinin arasına parçalanma gətirir.

Bu arada, inqilabi yolla hakimiyyətə gələn baş nazir Paşinyan, az qala, and içir ki, Ermənistan Azərbaycandan qopan və heç kimin tanımadığı müstəqilliyi elan edən ərazinin “təhlükəsizlik zəmanəti” olaraq qalacaq.

Nədən Ermənistan hökumətinin DQR-ə (mətndə belədir-tərc.) inqilab ixracıyla bağlı bu qədər “əli qaşınır”? Paşinyanın opponentləri – Ermənistanın keçmiş birinci şəxsləri Serj Sərksyan və həbsə atılmış Robert Koçaryanın tərəfdarları  burada “daldalandığına” görə. Sonuncu haqda aşağıda geniş danışacağıq. Bir sözlə, DQR özünün hər iki eks-prezidentin təmsil etdiyi “Qarabağ qəbiləsi” deyilənləri ilə Ermənistanda “əks-inqilab ocağı” sayılır.

Demək artıqdır ki, Ermənistanda hakimiyyəti ələ keçirməklə siyasi dəyişikliklər Qarabağda, yumşaq deyilsə, sevinclə qarşılanmayıb. Tanınmamış respublikanın fəaliyyətdəki və keçmiş başçıları – Bako Saakyan və Arkadi Qukasyan – hətta “sırtıqlaşaraq” Robert Koçaryanı müdafiə ediblər. Onlar keçmiş prezident haqda həbs qətimkan tədbirini dəyişmək xahişi məktubu ilə ER-in Baş Prokurorluğuna müraciət edərək vurğulayıblar ki, onu azad etmək təkcə Ermənistan cəmiyyəti üçün deyil, həm də onun düşməni, yəni Azərbaycana birlik və həmrəylik siqnalı olacaq. Amma Baş Prokurorluq rədd cavabı verib.

Paşinyan isə ciddiliklə deyib ki, Dağlıq Qarabağ hökuməti Ermənistanın işlərinə qarışa bilməz, çünki ölkə suveren və müstəqildir. Baş nazir dəqiqləşdirməyib ki, onda Ermənistan niyə “suveren və müstəqil” DQR-in daxili işlərinə qarışır və bununla yanaşı, hələ israr edir ki, sonuncunun təmsilçisi müstəqil vahid kimi Qarabağ münaqişəsini tənzimləmək üzrə danışıqlara qatılsın, Azərbaycan isə buna qarşı çıxır.

Bu arada Saakyan və Qukasyan Baş Prokurorluğa məktubun uğursuzluğundan sonra konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident haqda cinayət işinin dinləmələrində iştirak edib və Koçaryanın xeyrinə zaminlik və girov (haradasa, 1000 dollar) təqdim ediblər.

Politoloq Stepan Səfəryan “Sputnik” portalına Saakyan və Qukasyanın hərəkətinin Paşinyanla razılaşdırıla biləcəyini deyərkən, sanki fala baxırmış. O deyib ki, əks halda məhkəmə Qarabağ liderlərinin zaminliyini dinləmək qəsdilə iclası uzatmazdı. Və Koçaryan ötən istirahət günlərində İrəvanın birinci məhkəmə instansiyasının qərarıyla azadlığa çıxıb.

Yəni Koçaryanın azad edilməsi (uzun müddətəmi, axı iş bağlanmayıb?) hər halda planlaşdırılıb, amma məlum edilməyib, yüksəkməqamlı qarabağlıların zəmanəti isə Paşinyana “simasını xilas etmək”də yardım olub.

Politoloq baş nazirin keçmiş prezidenti azad etməyə niyə gedə bildiyindən danışanda ehtimal edir ki, ona qarşı qaldırılan cinayət işi sonadək düşünülməyib, uyğun olaraq bunun sonunu sezmək hətta hökumətə də çətindir. O deyib: “İstintaq yeni şərait və yeni müttəhimlərin meydana çıxa biləcəyi bir neçə il uzana bilərdi”.

Amma Paşinyanın Koçaryana “acımasının” ikinci səbəbi daha sadə ola bilər: Ermənistanda məhkəmələrin “ədalətsizliyi” və uyğun “korrupsiyalaşmış sistemə cərrahi müdaxilənin” gərəkliyi ilə bağlı hay-küy salmaq. Koçaryan azad ediləndən əlüstü sonra isə öz tərəfdarlarını məhkəmələri çevrələməyə çağırıb, onlar da bunu ediblər, sonra istənilən effekt əldə edilərkən mühasirəni götürməyi əmr edib. O, bütün bu qarışıqlığın içində iki erməni xalqı, yəni qarabağlılar və ER sakinləri arasına parçalanma salmağı arzulayan “konkret güclər” haqda xalqı məlumatlandırıb.

Baş nazir iddia edir – bu güclər “Ermənistan hökumətinə və baş nazirə qarşı təbliğat üçün şəxsi əlaqələrindən yararlanırlar”. Ümumiyyətlə, “sui-qəsd var” və Paşinyan “sərt tədbirlər görməyə” söz verir.

Yeri gəlmişkən, başqa bir keçmiş prezident – Serj Sərksyan da arabir Stepanakertə (Xankəndinə-tərc.) gedir və burada onu daş-qalaq etmirlər: əlbəttə, İrəvandakı indiki hakimiyyət istərdi ki, daşlasınlar, axı bu, onun xalq tərəfindən “qəbul edilmədiyinin” əlaməti olardı.

Hər şeylə yanaşı, DQR Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın ATƏT Minsk Qrupu həmsədrləri və Ermənistan və Azərbaycan liderlərinin iki ölkənin əhalisini barışa hazırlamağın gərəkliliyi haqda sözlərinə kinayəli atmacası Ermənistanın “yuxarıları”nda gözdən yayınmayıb. Önəmi az olmayan bir ayrıntını qeyd edək: Təhlükəsizlik Şurasının “lağ edən” katibi DQR-də qarşıdakı prezident seçkilərinə qatıla və böyük ehtimalla, qalib gələ bilər. Bu, Ermənistan hökuməti üçün yaxşı olmayacaq. Deməli, buna yol verməmək üçün tələsmək gərəkdir.

Baş nazir Paşinyan Qarabağa may səfəri haqda “təəssüratlar”ını bu yaxınlarda Facebook-da bölüşüb. O yazıb: “Bəziləri Artsaxı (DQR-i) əks-inqilab ocağına çevirməyə çalışırsa, onda Artsax xalqı oranı inqilab ocağına çevirər”.

Ailəsinə məxsus “Aykakan Jamanak” (“Erməni zamanı”) qəzetində dərc edilmiş məqalədə isə birbaşa çağırış var. Təkcə “Artsaxda inqilab baş verməlidir” başlığı nəyə dəyməz. Odur ki, Ermənistanda nüfuzunu itirmiş “qisasçılar” korrupsiyanın kökünün kəsilməsi, monopoliyalarla mübarizəni istəmir, çünki DQR-də də öz nüfuzlarını itirməkdən qorxurlar. Nəşr hesab edir ki, onlar, ümumiyyətlə, əhaliyə düşüncə aşılamağa çalışırlar ki, Dağlıq Qarabağ Qərbə can atan Ermənistandan maksimal aralanmalıdır ki, Rusiya tərəfdən “sərt hərəkətdən” yayınsın. Bir sözlə, hazırlanan “məxməri çevriliş”in altına ona “haqq qazandıran” özül döşənir. Bu qayda ilə Ermənistanın Dağlıq Qarabağın “təhlükəsizlik zamini” kimi çıxış etdiyini söyləmək, sadəcə, qeyri-ciddidir. Və əgər hərbi gərginliyi dayandırmaq xatirinə, barış və sabitlik adına, ümumiyyətlə, əhali və “özününkülərin”, yəni ermənilərin yaşadıqları bapbalaca ərazinin faktiki hakimiyyəti ilə razılaşmağı bacarmayıbsa, bəs Azərbaycandakı “yadlar”la necə sazişə gələcək?

Yeri gəlmişkən, Bakı və İrəvan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar Stepanakerti (Xankəndini-tərc.) güclü gərginliyə salır: çoxları Paşinyan və komandasının “gizli oyunlar”ından şübhələnir. Başqaları isə hesab edirlər ki, İrəvanda ümumən tənzimlənmənin necə və hansı şərtlərdə mümkünlüyü görüşü yoxdur. Yəni Ermənistan paytaxtında Qarabağ üzrə dəqiq siyasət yoxdur. Və hətta bu, meydana çıxarsa, Ermənistanın yeni hökumətinin DQR-ə münasibətdə inqilabi əhvali-ruhiyyəsini nə Qarabağın əhalisi, nə hökuməti bölüşəcək – eynilə tənzimləmə üzrə hüquq səlahiyyətli (birdən oldu!) planı da.

Politoloq Manvel Sərkisyanın “Sputnik” portalına təsdiq etdiyi kimi, “İndiyədək Ermənistan cəmiyyətində tənzimlənmə ssenarisinə nisbətdə vahid mövqe yoxdur. Bəziləri əzbərləyib – “heç bir qarış torpaq da”, başqaları, əksinə, güzəştlərin gərəkliyindən danışırlar… Hüquq və məsuliyyət barədə Ermənistanda son dərəcə bərbad təsəvvürlər var, hər şeyi şübhə altna almağa və dəyərsizləşdirməyə o qədər alışmışıq ki, istənilən sağlam düşüncəni süngüylə qarşılayır və şübhəyə məruz qoyuruq”.

Ehtimal ki, belə də var – həm sağlam düşüncə planında, həm də Dağlıq Qarabağda yeni, Paşinyanın ürəyinə yatan hakimiyyət qurmaq qəsdilə inqilab barədə açıq təhdid kontekstində. Axı DQR-də istənilən gərginlik təkcə tanınmamış respublikanın deyil, Ermənistanın özünün də təhlükəsizlik sistemini zəiflədər. Bunu hətta indi Stepanakertin  (Xankəndi-tərc.) və İrəvanın hakimiyyət təmsilçiləri arasında söz atışması da zəiflədər. Sonuncu, çox ehtimal ki, Təhlükəsizlik Şurasını katibi Balasanyanın “əhvali-ruhiyyəsindən” daha çox qorxur, çünki hər şeyin nisbi olduğu nəzərə alınmaqla Serj Sərksyanın daşıdığı nüfuzdan salan materiallar onun dalınca dartınmayacaq. Güman etmirəm ki, o, indiki durumda Paşinyana və Ko-na fəal müqavimət göstərməyə və onlara qarşı siyasi qisas səviyyəsində “ideoloji təxribat” təşkil etməyə qabil olar. Əslində, DQR-in onun hətta heç bir qəbuedilməz rəhbərliyinə qarşı qoymamalı olduğu haqda anlayışı olmayan Ermənistan hökuməti məhz bundan da, yəni qisasdan qorxur. Əks halda ermənilər özləri bir-birini qırmağa başlayacaq, Bakıda isə sakitcə qurtum-qurtum qəhvə içərək qonşuların haqq-hesab çəkməyinin sonunu gözləyəcəklər.

İrina Corbenadze

rosbalt.ru, 22.05.2019

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

SƏHİYYƏ NAZİRLİYİNİN “ARAŞH” SEVGİSİ… – 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

Sonrakı yazı

İsmayıllıda narkotik əkən qadın tutulub –FOTO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.