15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“PAŞİNYANIN QOVULMASI VAXT MƏSƏLƏSİDİR” – “İndi eyni cəsarəti biz göstərməliyik…”

23 May 2019, 11:57
Siyasət
A A
“PAŞİNYANIN QOVULMASI VAXT MƏSƏLƏSİDİR” – “İndi eyni cəsarəti biz göstərməliyik…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyasının mətbuat xidmətinə qısa müsahibə verib.

“AzPolitika” həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, Ermənistanda baş verən hadisələri necə qiymətləndirirsiniz?

– Mən əvvəllər də söyləmişdim ki, Paşinyanın hakimiyyətə yolu Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açıldı. Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyada başa düşürdülər ki, xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək.
Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi,güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi, siyasi fəaliyyət üçün böyük məbləğdə pullar ortaya çıxarılır.

Ermənistanda Koçaryanın həbsindən sonra Rusiya açıq şəkildə öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir.

Bundan başqa, Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Koçaryanı azad etmiş məhkəmələrin fəaliyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiqlədi. Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini anlayıb, Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu, Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə, biz bu prosesdə iştirak edək.

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək, işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib, ən azı, həmin rayonları azad etməliyik. Əlbəttə, bu məsələdə Rusiya ilə anlaşa bilsək, daha yaxşı olar.

– Qüdrət bəy, Milli Məclisin son iclasında Ziyafət Əsgərov Fazil Mustafanın müzakirə olunan məsələdən kənara çıxdığına görə əsəbiləşdi və həmin məsələ ilə əlaqədar çıxışa yazılmış deputatların çıxış üçün təkid edib-etmədiyini öyrənmədən, məsələni səsə qoydu. Bununla bağlı nə deyə bilərsiniz?

– Təəssüf ki, Milli Məclisin nüfuzuna xələl gətirən bu cür hadisələr baş verir. Bundan daha iyrənc hadisə isə dərhal sonra növbəti məsələnin müzakirəsi zamanı baş verdi. Çıxışa yazılan Siyavuş Novruzov dedi ki, deputatları narahat edən məsələlər barədə biz, Ziyafət Əsgərovun dediyi kimi, feysbukda yox, burda danışmalıyıq və xeyli də mövzudan kənar danışdı. Ziyafət Əsgərov isə nəinki onun çıxışını kəsə bilmədi, əksinə, onun çıxışından sonra ona dəstək məqsədilə bir xeyli özü də mövzudan kənar danışdı.

Düşünürəm, bu kimi məsələlər iqtidar partiyasının diqqətindən kənarda qalmamalı, müvafiq iradlar bildirilməli, Milli Məclisin gözdən salınmasına imkan verilməməlidir.

Əvvəlki yazı

Şirəliyev Cenevrədə: hansı ÜSA ölkəsində belə vandal səhiyyə var? – Video

Sonrakı yazı

“Ərəblər burada 13 yaşlı qızı öldürüb meyitini bloka atmışdılar…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.