Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib. Paşinyan Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılacaq.
Ermənistanın nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazilərin idarəedilməsi və infrastruktur naziri Qnel Sanosyan və s. vəzifəli şəxslər daxildir.