05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyana qarşı hökm kimi ittiham – “Sərkisyanla anlaşıb…”

19 May 2018, 10:30
Siyasət
A A
Paşinyana qarşı hökm kimi ittiham – “Sərkisyanla anlaşıb…”

Qərbyönlü erməni nəşri populist baş naziri sərt “vurdu”; “O, hakimiyyətdə qaldıqca xalqın məyusluğu artır, bu adam reallıqda heç də özünü qələmə vermək istədiyi kimi deyil”, Kremlin Nikolla bağlı iki ssenarisi – qiyam və Bakıya eyham…

Ermənistanda post-inqilab dönəmi yavaş-yavaş köhnə axarına qayıdır, emosiyalar yatır və onları sərt reallıqların dərki əvəzləyir. Hərçənd, işğalçı ölkədə lokal etirazlar hələ də özünü göstərir, lakin bu, artıq təzə baş nazirə dəstək aksiyaları deyil. Dolayısıyla yeni hökumətə etirazın bir forması olaraq, vəzifəsində saxlanılan bir sıra Sərkisyan məmurlarına qarşıdır.

 

Hələ üstündən cəmi 11 gün keçib. Cəmi 11 gündür ki, Paşinyan Ermənistan adlı Rusiya quberniyasının sükanı arxasındadır. Amma bu müddətdə sərt tənqid hədəfinə gəlməyi bacarıb. Özü də ən çox qərbyönlü KİV-lərin.

*****

“Nikol Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, xalqda onunla bağlı məyusluq da bir o qədər artır – hansı xalq ki, həm ölkədəki sosial-iqtisadi, həm də ictimai-siyasi vəziyyətin yaxşılaşdırılması ilə bağlı ona böyük ümidlər bəsləyirdi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport nəşrindəki baş məqalədə deyilir.

Məqalədə ardınca bildirilir: “Heç kim mübahisə eləmir ki, əvvəlki rejimdən qalan problemləri bir neçə günə həll eləmək mümkün deyil. Bununla belə, biz baş nazir və hökumət tərəfindən onların yoluna qoyulması üçün ciddi hərəkətlilik də görünmür. Odur ki, xalq yenidən küçələrə çıxmağa başlayıb. Görünən həmçinin, odur ki, yeni hökumətin fəaliyyətsizliyi ilə paralel xalqın narazılığı artır”.

Erməni KİV-i bu xüsusda daha bir məqam diqqət çəkir: “Adətən postsovet məkanında, elə də demokratik olmayan bir sıra digər dövlətlərdə hakimiyyətin xüsusən də inqilabi yolla dəyişməsi zamanı ölkənin yeni sahibləri ilk addım kimi əvvəlki rejimlə mübarizə aparmış siyasi məhbusları azadlığa buraxır. Bəs bizdə? Bizdə hələlik yalnız Andreas Quksayanı azad ediblər. Bəs digərləri?”

armenia erevan pashinyan ile ilgili görsel sonucu

Nəşr bu yerdə Nikol Paşinyanın hərəkat vaxtı verdiyi vədləri yada salıb: “Etirazçı hərəkatın lideri ikən o, uca səslə bəyan edirdi ki, Ermənistanda siyasi məhbuslar dərhal azad edilməlidir. “Qısa müddətdə siyasi dustaqlar azad olunmalıdır. Daha bir neçə gün gözləyin və biz bu məsələləri həll edəcəyik”, – deyə o, aprelin 26-da “Azadlıq” radiosunun efirində söyləmişdi. Ancaq “Sasna tsrer” qrupunun üzvləri, digər məhbuslar, Jirayr Səfilyanın, bir çoxları – hansılar ki, Serj Sərkisyan dönəmində siyasi baxışlarına görə həbs olunmuşdular, – hələ də azadlıqda deyillər. Niyə? Axı, məntiqlə, yeni hakimiyyət əvvəlki rejimlı mübarizə aparanları, siyasi baxışlarına görə əziyyət çəkənləri azad etməli idi. Cəmiyyətin əsas gözləntilərindən biri bu idi. Bu nə inqilabdır ki, öncəki rejimlə mübarizə aparanların qapısını açmır?”

Müəllif suala cavab tapmağa çalışıb: “Paşinyan absurd izahlar gətirir ki, bəs o, hakimlərin yerinə qərar verə bilməz. Sanki bütün son illərini o, Ermənistanda yaşamayıb və bilmir ki, bizdə məhkəmə sistemi necə qurulub, necə ”yuxarı”nın zəngi əsasında hökmlər çıxarılır. İndinin özündə yerlərdə keçmiş hakim partiyanın təyin elədiyi hakimlər işləyir. Yəni Paşinyanın gəlişi ilə Ermənistanda məhkəmə sisteminin dərhal şəffaf və ədalətli olduğunu söyləməyə dəymir. O zaman Paşinyan niyə tələsmir?”

Sarkisyan ile ilgili görsel sonucu

Məqalənin sonunda yeni baş nazirə qarşı ağır ittihamlar yer alıb: “Ötən yazılarda ehtimal itəli sürmüşdük ki, bizim baş nazir reallıqda heç də özünü qələmə vermək istədiyi kim deyil. Bu ehtimal günbəgün möhkəmlənir. Əminik ki, həm də başqa vətəndaşlarımızda. Axı, müxalifətçi olanda Paşinyan Ermənistanın qərbyönlü kursunun tərəfdarı kimi çıxış edirdi. Amma baş nazir olan kimi təzim eləmək üçün Putinin yanına uçdu. Yaxud etirazçı hərəkatın lideri olaraq, o, vəd eləmişdi ki, hakimiyyətə gələn kimi siyasi dustaqları buraxacaq. Gördüyümüz kimi, bu vədini də tutmadı. Beləcə, müxalifətçi Paşinyanln vədləri baş nazir Paşinyanın hərəkətləri ilə güclü şəkildə ziddiyyət təşkil edir. Siyasi məhbuslar məsələsində belə görünür, onun ya əvvəlki hakimiyyətlə (Sərkisyanla – red.) anlaşması var, ya da onları azadlığa buraxmağa sadəcə, qorxur. Çünki çətin ki, o xalqın güzəranını yaxşılaşdırsın. Demək, tezliklə, yeni xalq narazılığı dalğasını gözləyir – bu dəfə artıq Paşinyan hökumətinə qarşı. Belə olan surətdə o, əvvəlki rejimlə inadlı mübarizədə bərkimiş adamları azadlıqda görməyi arzulamır. Bu üzdən o, rezini daha da uzatmağa çalışacaq”.

*****

Nikol Paşinyanın baş nazir kimi qısa zamanda qəliz duruma düşəcəyi barədə “Yeni Müsavat” olaraq yazmışdıq. Çünki müxalifətdə olub şirin vədlər vermək, sərt tənqid eləmək bir şeydir, ölkənin sükanı arxasında oturub məsuliyyəti çiyinlərə götürmək, sərt reallıqlar – ayrı. Üstəlik, populist Paşinyanın düz-əməlli sadiq komandası, dövlət işində yetərli təcrübəsi yoxdur.

Onu da qeyd eləmişdik ki, Paşinyan erməni toplumunun nəhayət ki, acı gerçəyə köklənməsi üçün sonuncu şansdır, çünki onu inqilab dalğasında baş nazir eləmiş xalq sürəkli islahatlar və qısa zamanda güzəranının yaxşılaşmasını gözləyir ki, bu da Qarabağ, blokada məsələsi və müharibə vəziyyətinə görə praktik olaraq qeyri-mümkündür.

armenia erevan pashinyan ile ilgili görsel sonucu

Deyəsən, proseslər proqnoz etdiyimizdən də sürətlə gedir. Yəni N.Paşinyan ona verilmiş ictimai etimad kapitalını şaha sürətlə xərcləyir. Hər halda baş nazi olmasından keçən 10 gündə artıq medianın onun əleyhinə yazmağa və hətta ittihamlar irəli sürməyə başlaması Paşinyana yaxşı bir şey vəd eləmir.

*****

Azərbaycanda da Ermənistandakı prosesləri diqqətlə izləyirlər. Ələlxüsus Paşinyanın Rusiya ilə Qərb arasında manevr imkanlarının mümkünsüzlüyü diqqət mərkəzindədir.

Qabil Hüseynli ile ilgili görsel sonucu

“Rusiya tarixi forpostunun avrointeqrasiya xəttinə asanlıqla razılıq verməyəcək və buna mane olmağa çalışacaq”. Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hətta Rusiyanın əlinin altında İrəvanla bağlı indidən hazırlanmış bir neçə əməliyyat planının olduğunu bildirib.

“Birincisi, Rusiya Ermənistanın daxilindəki hərbi qüvvələrdən və ”5-ci kolonu”ndan istifadə etməklə ölkədə çevrilişə bənzər yeni bir proses təşkil edəcək. Moskva Ermənistandakı Rusiya meylli şəxslər hesabına bunu çox asanlıqla edə bilər. İkinci variant Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsini qızışdırmaq olacaq. Yəqin ki, Rusiya o zaman Azərbaycana vədlər verməklə və “prosesə qarışmayacağıq, nə bacarırsınızsa, edin” eyhamı ilə Bakıya kart-blanş verəcək. Əgər Moskva Bakıya bu kart-blanşı verərsə, Azərbaycan üçün daha geniş perspektivlər açılacaq və ordumuz hərbi əməliyyatlara başlayacaq”, – deyə o qeyd edib.

armenia erevan pashinyan ile ilgili görsel sonucu

Politoloqun fikrincə, ermənilər bu məğlubiyyəti həzm edə bilməyəcək və nəticədə Ermənistanda antihakimiyyət əhval-ruhiyyəsi artacaq: “Yeni rəhbərliyə qarşı ultra-vətənpərvər hücumlar təşkil ediləcək. Bu isə Paşinyanın Qarabağ klanına qarşı təşkil etdiyi inqilabdan daha genişmiqyaslı olacaq və hakimiyyətinin sonu ilə nəticələnəcək. Yəni Rusiya Ermənistanın Qərbin maraqları dairəsinə keçməsinə imkan verməyəcək. Rusiya Ermənistan ordusuna təkcə son 10 ildə 5 milyard dollardan çox silah yardımı edib. Bunun müqabilində Rusiyaya arxa çevirməyin cavabının nə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Rusiya xəyanəti bağışlamır. Bu mənada Paşinyanın əl-qolu bağlıdır”.

*****

Əslində bütövlükdə erməni xalqının əl-qolu bağlıdır – inqilab eləsə də, eləməsə də. Paşinyan qarışıq, erməniləri bu durumdan yalnız Azərbaycan və Türkiyə ilə böyük anlaşma qurtara bilər. Bizcə, inqilabçı-populist baş nazirin buna əmin olması üçün çox zaman gərək olmayacaq…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Ramazanda musiqi dinləmək haramdırmı…

Sonrakı yazı

Ərdoğan: “Buşun Qüds təklifinə “hə” dedim, Tramp isə…”

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.