22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

31 İyul 2021, 13:37
Cəmiyyət
A A
“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

 

twitter sharing button
pinterest sharing button
email sharing button
sharethis sharing button

Könül İsmayılova: “İşğalçı erməniyə vurulan zərbənin yarımçığı qalıb, tamamlamaq lazımdır”

 

“Azərbaycan öz sərhədlərində Ermənistanın hərbi müdaxilələrini cavabsız qoymamalı, beynəlxalq təşkilatların ədalətsiz və təxribatçı Ermənistana qarşı biganə, səssiz qalmasına qarşı öz diplomatik missiyasını gücləndirməlidir. Çünki Ermənistan özünün müharibə ritorikası ilə regiondakı vəziyyəti gərginləşdirməkdə davam edir və ATƏT-in fəaliyyətini canlandıraraq həmsədr dövlətləri prosesə cəlb etməyə çalışır”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Siyasətçi xanım vurğulayıb ki, son vaxtlar Paşinyan yenə xislətinə uyğun manevrlər etməyə başlayıb. Belə ki, o, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  hərbi qoşunlarının Azərbaycanla sərhəddə dayanmasını təklif edir:

 

“Ermənilər bütün tarix boyu bu məsələlərdə mahir oyunçu kimi çıxış ediblər. Onlar bu gün də bir tərəfə yox, iki tərəfə oynayan oyunçulardır. Bir tərəfdən rusa yalvarır ki, mənim təhlükəsizliyimi, sərhədlərimi qoru, ordunu Azərbaycan sərhədlərinə yerit, digər tərəfdən də bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gəlib sərhəddə sülhməramlı rolunu oynamalıdır. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətini – Amerika ilə Fransanı da regiona çağırır. Yəni kimdən pul alacaq, kimdən silah alacaqlar erməniləri firitdiyirlər ki, vaxtaşırı bu təxribatları, terorları törət, biz də sənə siyasi dəstək verəcəyik ki, sən haqlısan”.

 

K.İsmayılova bildirdi ki, artıq Azərbaycan öz sözünü deyib və ərazi bütövlüyünü təmin eləyib:

 

“Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin eləməyə qadirdir, heç kimə də ehtiyacı yoxdur”.

 

Ermənilərin yenə də atəşkəsi tez-tez pozması məsələsinə də toxunan Könül xanım bildirdi ki, işğalçı dövlət yenə öz havasındadır:

 

“Baxın, dinc dövrdə də yaralılarımız, şəhidlərimiz var. Bütün bunlar hansı ehtimalı önə çıxarır? Ermənistanın müharibə ritorikası bitmirsə, regionun III savaşa hazırlandığı ehtimalı önə çıxır. Onu da deyim ki, ermənilərdən ən təhlükəlisi ermənilərə vəd verənlərdir. Həmin havadarlar erməniləri bu təxribatlara şirnikləndirirlər. Ermənilər tarix böyu bu havadarlara arxayın olub axmaq xəyallara düşüblər. Yenə də bunlar özlərinin o mürdar niyyətlərindən, xam xəyallarından əl çəkmirlər. Düşünürəm ki, erməni işğalçılarına vurulan zərbələrin yarımçığı qalıb, tamamlamaq lazımdır. Başqa bir çıxış yolu qalmır”.

Əvvəlki yazı

Leyla Abdullayevadan Ermənistan XİN-ə cavab

Sonrakı yazı

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.