Rusiyanın hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsidir. Musavat.com “İnterfaks “agentliyinə istinadən xəbər verir ki, bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilib.
Nikol Paşinyan “konkret situasiyalarda” Rusiyanın Ermənstandakı 102 saylı hərbi hissəsinin potensialından istifadə oluna bilinəcəyini bildirib.
Paşinyanın sözlərinə görə, hazırkı anda Qarabağda gedən tam miqyaslı savaşda hələ ki belə bir zərurət meydana gəlməyib. “Lakin hazırda qeyri-müəyyən bir vəziyyət yaranıb və heç kim gələcəkdə hadisələrin necə inkişaf edəcəyini deyə bilməz”,-deyə o bildirib.
Ermənistan baş naziri Qarabağ münaqişəsini nizamlanmasında Azərbaycan və Rusiyanın da iştirakı ilə üçtərəfli görüşün keçirilməsini qeyri-mümkün hesab etdiklərini deyib.
“İntensiv döyüşlərin getidyi bir vaxtda “Azərbaycan-Rusiya-Ermənistan” sammitindən danışmaq mümkün deyil. Bunun üçün müvafiq atmosfer və şərait lazımdır”,-deyə o söyləyib.