Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyət barədə danışıb. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində bu məsələyə toxunub.
Paşinyanın sözlərinə görə, sərhəddə gərginlik hələ də davam edir: “Azərbaycan və Ermənistan arasında sərhəddə nisbi sakitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır”. Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Rusiya və Fransa liderləri ilə danışıqlar aparıb.