Ermənistan Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanla görüşüb.
Reportyor.info “Armenian News”a istinadla xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Tərəflər, eyni zamanda, delimitasiya və demarkasiya işlərinə başlamaq və təqdim olunan ilkin şərtlər barədə də fikir mübadiləsi aparıblar.
Söhbət əsnasında bu istiqamətdə müvafiq müzakirələrin başlaması üçün lazımi şərait yaradılacağı vurğulanıb.