04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PAŞİNYAN İRAN MƏTBUATINA QARABAĞDAN DANIŞDI:“Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevə dedim ki…”

01 Sentyabr 2019, 22:53
Siyasət
A A
PAŞİNYAN İRAN MƏTBUATINA QARABAĞDAN DANIŞDI:“Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevə dedim ki…”

“İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya formulunu açıq şəkildə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün bölgədə təhlükəsizlik yaratmaq niyyətindəyik. Birincisi, ilk növbədə, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqı üçün məqbul bir formul ortaya qoymalıyıq”.

Strateq.az xəbər verir ki, bunu İranın “Etemad” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanbildirib. Müsahibədə İranın digər KİV-ləri, o cümlədən “Donya-ye eqtesad” qəzeti və “IRNA” Xəbər Agentliyinin müxbirləri iştirak ediblər.

 

“Ermənistanda Qarabağ münaqişəsinin həlli üçün bir formul hazırlanıb”

Paşinyan müsahibəsinin davamında bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ikinci prinsip ondan ibarətdir ki, münaqişə dinc vasitələrlə və dialoq yolu ilə həll olunmalıdır. Mən ilk Ermənistan rəhbəriyəm ki, Dağlıq Qarabağ münaqişəsini müsbət yanaşma, üç tərəfin (Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ) 100%-lik iştirakı və hər üçünün də müsbət cavab verməsi şərtilə həllini təklif etmişəm. Vurğulamalı olduğum digər bir məqam budur ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həllində müəyyən rasionallıq və məntiq olmalıdır. Hər kəs həqiqətən bu vəziyyətdə mübahisəni həll etmək istəyirsə, əvvəllər qeyd etdiyim iki prinsipi nəzərə almalıdır. Bugünkü dünyada təqdim olunan həll yolu və ya bu həll prinsipləri tərəflərdən biri üçün qəbuledilməz və ya məqbul olmadığı təqdirdə, heç bir mübahisə istənilən səviyyədə nizamlana bilməz”.

Daha sonra Nikol Paşinyan bildirib: “Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin vahid formulla həlli ilə bağlı təkliflərimi bölüşdüm. Cənab Əliyevlə söhbətlərimdə ona dedim ki, əgər Azərbaycan, həqiqətən, məsələlərin həllinə çalışırsa və həll axtarışında dramatik bir prosesə başlamaq istəmirsə, Ermənistanda bu düsturun mətninə baxa bilər.

Təəssüf ki, Azərbaycan Respublikası mediada Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi formulla razılaşıb-razılaşmadığı və bu məsələ ilə bağlı ciddi danışıqlara başlamağa hazır olub-olmadığı barədə açıq fikir bildirməyib. Hər dəfə qarşı tərəf danışıqlar aparmağa hazır olduğunu bildirdikdə, münaqişənin həllində azca uğur əldə etdiyimizi iddia edə bilərik”.

 

“Türkiyə Ermənistanla münasibətlərini Ermənistan-Azərbaycan münaqişəsinə görə bərpa etmədi”

“Etemad” qəzetinə müsahibəsində Ermənistan baş naziri Türkiyə ilə münasibətlərə də toxunub: “Artıq bəyan edirəm ki, Ermənistan hökuməti Türkiyə hökuməti ilə diplomatik münasibətlər qurmağa hazırdır. Ancaq ön şərt olmadan. Məsələ burasındadır ki, qonşu dövlətin, yəni Türkiyənin Ermənistanla münasibətləriə Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən asılıdır. Biz Ermənistanın ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu elan etdikdə, bu, rəsmi İrəvanın erməni soyqırımına dair məsuliyyətin Türkiyəyə qəbul etdirmək hüququndan imtina etməsi deyil, əksinə, bu, onların erməni xalqına qarşı soyqırımı həyata keçirməsinin tanınması deməkdir. Beynəlxalq səviyyədə bu hadisəni dünyaya göstərməliyik və beynəlxalq birlik bunun təkrarlanmaması üçün əlindən gələni etməlidir. Erməni soyqırımı məsələsi Türkiyə ilə Ermənistan arasındakı fikir ayrılığı səviyyəsinə endirilməməlidir, çünki bu həm də beynəlxalq təhlükəsizlik məsələsidir”.

 

“Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz”

“Donya-ye eqtesad” qəzetinin “İrəvan ABŞ-ın təzyiqi fonunda İranla dostluq naminə nə qədər itkiyə hazırdır” sualına cavabda Nikol Paşinyan deyib:

“İran və Ermənistan qarşılıqlı iqtisadi öhdəliklər götürüb. Bu illər ərzində İran və Ermənistan arasında bir neçə ortaq layihələr icra olunub. Tehran və İrəvan arasında sanksiyalardan təsirlənməyən müştərək layihələrin icrası hazırda davam edir”.

Ermənistan baş naziri bildirib: “İran şirkətləri çox aktivdir, lakin sanksiyalar onlara mənfi təsir göstərir və onlar bu sanksiyaların təzyiqi altında işləyirlər. Əlbəttə, İran şirkətləri sanksiyaları bəyənmir və inciyirlər, amma dayanmır və işlərini davam etdirirlər”.

Nikol Paşinyan qeyd edib: “İran və ABŞ-la münasibətlər Ermənistan üçün vacibdir və biz bölgənin həssas mühitində bütün regional və beynəlxalq dostlarımız və tərəfdaşlarımızla işləməyə çalışırıq. İrəvan fərqli ölkələrlə bütün ticarət öhdəliklərinə əməl edir. Bu gün bölgə üçün çətin olan Ermənistanın siyasəti deyil, amma bu gün və sabah fərqli ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək siyasətimiz çoxdan mövcuddur. Qeyd etməliyəm ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. Ermənistan regional və ya transregional fərqlər barədə bütün ölkələr, o cümlədən İranla açıq şəkildə danışır. Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz”.

 

“Ümid edirəm ki, prezident Ruhani dəvətimi qəbul edəcək”

“İRNA” Xəbər Agentliyinin İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmə ilə bağlı planlar barədə sualına cavab olaraq, Ermənistan baş naziri bildirib:

“Planlarımız çoxdur, amma bu planların mediaya verilməməsinin səbəbi tərəflərin bu layihələr barədə hələ tam razılığa gəlməməsidir. Hazırda İran tərəfi ilə müzakirə etdiyimiz planlar və proqramlar var. Hər dəfə son nəticəyə gəldikdə, bu planları tezliklə icra etməyə səy göstəririk. Hazırda İranla qaz almaq layihələrinin razılaşdırılmasını davam etdiririk. İndi, təəssüf ki, bir müddət təxirə salınmış 3-cü xətt enerji layihəsini həyata keçiririk və onu mümkün olduqca ən qısa müddətdə istifadəyə verməyə çalışırıq.

Suala cavabda Paşinyan əlavə edib: “İki ölkənin, o cümlədən Avrasiya İttifaqı platformasında görüləsi çox işləri var. Ümid edirəm ki, prezident Həsən Ruhani mənim dəvətimi qəbul edəcək və Avrasiya İttifaqı platformasında iki ölkənin maraqları üçün vacib olan müxtəlif layihələr həyata keçirə biləcəyik”.

O bildirib: “Ermənistan Avrasiya İttifaqında İranla quru sərhədi olan yeganə ölkədir və fikrimcə, İran-Ermənistan yolu tranzit yolu kimi mühüm amildir. İran bu yolla mallarını Avrasiya ölkələrinə göndərə bilər”.

 

Əvvəlki yazı

Ermənilər Laçında qədim yaşayış məskənlərini dağıdır – FOTOLAR

Sonrakı yazı

“Neftçi” – “Sumqayıt” oyununda ara qarışdı: məşqçi və futbolçular yumruq davasına çıxdı (FOTO)

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.