Müxalifətin lideri Nikol Paşinyanın baş nazir seçilməsi durumunda belə Ermənistanda siyasi böhran həllini tapmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.
“İstənilən halda, ölkədə siyasi vəziyyətin stabilləşməsinə ümid yalnız ilk parlament seçkilərindən sonra yarana bilər. Bundan sonra ölkədəki siyasi partiyaların çəkisini qiymətləndirmək olar”, – ekspert bildirib.
Şahnazaryan onu da əlavə edib ki, hazırda Ermənistanda hansı partiyanın daha güclü olması qeyri-müəyyəndir.