Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti nizama salmaq üçün Bakı ilə sülh danışıqlarına alternativ variant yoxdur.
Reportyor.info bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə bəyan edib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Avrasiya Hökumətlərarası Şurasının bu gün Minskdə keçirilən iclasında iştirak edir.
“Münaqişənin güc yolu ilə həll variantı mövcud deyil və bütün bölgə xalqlarının maraqlarına cavab verən sülh danışıqlarına alternativ də yoxdur”, – deyə Ermənistanın baş naziri Azərbaycanla sərhəddəki vəziyyəti şərh edərkən bildirib.