İşğalçı ölkə baş naziri Nikol Paşinyan Qarabağa yollanıb.
Reportyor.info xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, bu barədə az öncə Sünikdə səfərdə olan N.Paşinyanın özü “Facebok”da – canlı yayımda söyləyib.
“Bizim planımız var – biz Qarabağa getməliyik…” -deyən üzdəniraq Ermənistan lideri gözlənilmədən qonşu kəndə nəzərdə tutulan dönüşündən imtina edərək Azərbaycan Respublikasının işğal altındakı torpaqlarına yollanıb.
Moderator.az yazır ki, Paşinyanın Qarabağa səfərinin məqsədi hələlik açıqlanmayıb.