11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyan cızığından çıxdı: Qarabağa 20 milyard dram ayrılır

27 Oktyabr 2022, 14:19
Seçmə, Manşet
A A
Paşinyan cızığından çıxdı: Qarabağa 20 milyard dram ayrılır

Soçidəki üçtərəfli görüş ərəfəsində Ermənistan hakimiyyəti yenə də “nala-mıxa vurma siyasəti”ni işə salıb. Əslində rəsmi İrəvanın üçtərəfli razılaşmalara, üzərinə götürdüyü öhdəliklərə – həm Rusiya, həm Qərb dövlətlərinin ev sahibliyi ilə keçirilən görüşlərdən söhbət gedir – necə “əməl etdiyini” Laçın yüksəkliklərində tapılan 1400 2021-ci il Ermənistan istehsalı olan minalar aydın şəkildə göstərdi.

Dərs olmayıb baş verənlər. Hətta sonuncu, 13 sentyabrın 7 saatlıq dərsi də nəticəsiz qalıb, 200 yaralının 130-nun hospitaldan çıxmasına sevinir, 200-dən artıq ölünün hələ 10-15-nin meyitini belə, tapa bilmədiklərinə görə zəvzəyirlər, amma yenə də ağılları başlarına gəlmir. Davamlı şəkildə atəşkəsin pozulması halları Ermənistanın növbəti “Dəmir Yumruq” istəyindən qaynaqlanır. Budur, Avropa Birliyinin Ermənistandakı “müfəttişləri” Qərbi Zəngəzur bölgəsində ilk patrul yoxlamasına çıxıb. Atəş açıb, təxribat törədən Ermənistan, AB Azərbaycan tərəfə boylanır… Anlamırlar ki, təxribatlara stimul verənlər həm də Avropada oturanlardır. Rusiya aşkar şəkildə narazıdır bu, Qafqaza çağırılmamış qonaqlardan odur ki, qəfildən Ermənistandakı rusiyameylli qüvvələrin, həmçinin ordudakı rus qafalı kadrların aranı qarışdırmayacağına zəmanət yoxdur.

Bu tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan deyir ilin sonuna qədər Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istəyir. Guya ki, hökumət bu məqsədlə “lazım olan hər şeyi edir”miş. Ardınca da “Çalışacağıq ki, müqavilə imzalananadək sərhədlərin delimitasiyası başa çatdırılsın”, – söyləyib. Yəqin qarşıdakı komissiyaların görüşünə işarə edib. Amma sülh müqaviləsini istəyən sınıq-salxaq ordusunun “ağzını yığar”, sərhədlərin dəqiqləşməsini istəyən rəhbəri hər gün onun-bunun qapısını döyüb, telefonla zəng edib, “Azərbaycan ordusu bizim ərazilərimizi tərk etməlidir”-iddiasını səsləndirməz. Özü də bilir ki, hələ Ermənistan ordusu Azərbaycan ərazilərindən geri çəkilməlidir, Azərbaycan yox…Qarabağda, rus sülhməramlıların kölgəsində gizlənmiş erməni hərbçilərin, terrorçu ünsürlərin dərhal bölgədən çıxarılması barədə anlaşmaya 2 ildir əməl olunmur! Üstəlik, Ermənistan ordusu geri çəkilib, Sədərəyin Kərki kəndini, Qazaxın 7 kəndini Azərbaycana təhvil verməlidir! Sərhədlərin dəqiqləşdirilməsini Azərbaycan hamıdan çox istəyir, xəritələr də masada!

Amma “sülhpərvər” Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti “artsax respublikası” adlandırdığı terrorçulara dövlət büdcəsindən 20 milyard dram məbləğində “dövlətlərarası kredit” verəcəyini elan edib. Bu barədə qərar hökumətin son iclasında qəbul edilib.

Oxuyuruq: “Kredit 0,01% faiz dərəcəsi ilə 2026-cı il yanvarın 1-dək müddətə verilir. Vəsait Dağlıq Qarabağda məskunlaşmış insanlar üçün yeni evlərin tikintisinə, həmçinin banklar qarşısında öhdəliklərin maliyyələşdirilməsinə yönəldiləcək”.

Bir ölkə digər ölkənin ərazisinə icazəsiz 1 sent belə keçirə bilməz! Amma Ermənistandan “sülh” nağılı quşlaya-quşlaya Qarabağ 20 milyard dram ayırır-təqribən 45 milyon dollar!!! Üstəlik, ermənilər iddia edirlər ki, Laçından çəkilən yeni yolla Qarabağa yeni elektrik xətti çəkəcəklər, amma Laçın dəhlizindəki qaz kəmərinin yerini dəyişdirməyin çətin olduğunu deyirlər. İddia edirlər ki, Azərbaycan istədiyi vaxt qazın nəqlini dayandıra, onları dondura bilər. Abırsızlıq pik həddə! Mənim ölkəmin ərazisi səninçün təcrübə meydanıdır, ya nədir? Nə ixtiyarla çəkdiyim yolun ətrafında nəsə qazıntı aparmaq eşqinə düşürsən? Yaxud Ermənistan razılaşma olmadan niyə Xankəndi, Xocalı, Xocavənd, Ağdərədəki erməni quldurlara, lap elə mülki ermənilərə qaz ötürməlidir?! Vaxt çox uzandı, ya bunun razılaşması olmalıdır, Azərbaycan qaz kəmərini çəkənədək, ya da icazəsiz bir addım belə, atıla bilməz!

Belə görünür ki, Paşinyanın “sülh məramı” Rusiya hərbi kontingentinin “sülhməramlıllığı” kimi bir şeydir, alt qatda təxribatlar deposu var. Sülh istəyən ölkə anlaşmaq istədiyi ölkənin ərazisinə burnunu soxarmı? Paşinyan ara-sıra Qarabağ məsələsindən məsafə saxlamağa çalışır, Araik Arutyunyanı da İrəvanda üç gün gözlətdikdən sonra qəbul etdi, görüş zalında “arsax”ın əski parçasını da qoymadılar qorxularından. Amma bu, bir görüntüdür, Nikol çox pis oyunçudur, tez-tez cildə girmək onu ələ verir. Azərbaycanda 4 maddə ilə barəsində cinayət işi açılmış terrorçunu qəbul etmək faktı varsa, artıq hər şey məlumdur. Üstəlik, həmin bu, quldurun başçılıq etdiyi rejimə “kredit” ayırır, “dövlətlərarası” şərtlərlə. Hansı dövlətdən söhbət gedir? Belə olan təqdirdə nə üzlə Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir?

Azərbaycan sülh məramı nümayiş etdirdi, Laçın və ətrafdakı ermənilərin əlimiz-ayağımız dəymədən rədd olub getmələri üçün xeyli dözdü, gözlədi. Baxmayaraq ki, erməni quldurlar cəhənnəm olarkən yandıra bilmədikləri evlərin qapılarına belə, sürpriz mina-qumbaralar pərçimləmişdilər, buna da dözdük. Hələ Qarabağ erməniləri üçün alternativ yol da çəkdik. Amma indi Paşinyan həmin alternativ yolla…Qarabağdakı ermənilərə silah, sursat, mina və pul yollayır…Bunun cavabının ən sərt şəkildə veriləcəyinə şübhəmiz yoxdur, özü də çox keçmədən. Çünki getdikcə həyasızlaşırlar.

Ermənistanın dilənçiliklə yığdığı pulların bir qismini Qarabağa, buradakı süni məskunlaşmaya ayırması sözsüz ki, erməni separatçılarını həvəsləndirir. Özü də evlərin bir çoxu Azərbaycan üçün həssas olan məkanda Xocalıda tikilir! Yaxın zamanlarda daha 10 yaşayış binası istifadəyə veriləcəkmiş! Görünür işləri yekunlaşdıra bilmirlər, İrəvandan yardım gəlir. Xocalıda nə ölümü var erməninin?! Bu, Azərbaycanı savaşa çəkməkdir! Və sülh mövzusu elə burada bitməlidir! Xocalıda qətlə yetirilənlərin ruhu bizi bağışlamaz, əgər ora erməni oylağına çevrilərsə!!! Nikol Paşinyan və onun başına ağıl qoyanlara çatdırılmalıdır, özünü yığışdırsın!

Başa düşürük, Nikol Paşinyan “cızığ”ından çox da kənara çıxa bilmir, elə bu gün, 27 oktyabr tarixi ermənilərin yaddaşına əbədi həkk olunan tarixdir – 23 il əvvəl Ermənistan parlamentində törədilən terror aktı nəticəsində dövlət rəsmiləri, deputatlar məhv edildi. Elə Nikol Paşinyan da hökumətin bugünkü iclasında bəyan edib ki, bu terror aktı Ermənistana, onun suverenliyinə və müstəqilliyinə, xalqın seçdiyi hakimiyyət orqanlarına hücumdur. Sükutla andığı anlarda heç şübhəsiz düşünüb ki, birdən yolunu azsa, onun da təpəsini güllə ilə deşərlər…

Əvvəlki yazı

Əflatun Amaşov Çingiz Abdullayev haqda: “Hər iki tərəf həddi aşıb”

Sonrakı yazı

Abşeron idmançılarından növbəti qələbələr

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.