01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyan bu raundu niyə uduzdu – sayıqladı, amma olmadı

17 İyul 2018, 10:08
Siyasət, Cəmiyyət
A A
Paşinyan bu raundu niyə uduzdu – sayıqladı, amma olmadı

Ermənistanda baş verən son “inqilabi” dəyişikliklərdən sonra ilk dəfə xarici işlər nazirlərinin bir araya gələrək dörd saatlıq müzakirə aparması ən azı bir cəhətdən diqqətəlayiqdir: N. Paşinyanın sayıqlamalarına baxmayaraq Dağlıq Qarabağ danışıqlarında hər hansı format dəyişikliyi baş vermədi və tərəflər ilk kontaktlarını da ənənəvi format çərçivəsində davam etdirdilər.

Əlbəttə, ilk təəssüratın necə olmasını, dörd saatlıq müzakirədə nələrin diqqətə gətirilməsini, xarici işlər naziri Z. Mnatsakanyanın sələfindən – E.Nalbandyandan fərqlənib-fərqlənməməsini, həm də yeni baş nazirin Azərbaycana hər hansı mesajının olub-olmamasını aydınlaşdırmaq üçün əlavə informasiyalara ehtiyac var və düşünürk, zaman-zaman bu detallar  da çözüləcəkdir.

Təbii ki, bir detal da diqqətdən qaça bilməz – Paşinyan sərsəm bəyanatlarını, replikalarını hələ də davam etdirir. Düşünürük ki, bunun da zamana ehtiyacı var. Ermənistanda hakimiyyət məsələsi hələ tamam çözülməyib. Hətta iyunun axırında belə xəbərlər səslənirdi ki, iyul ayında yeni seçki məcəlləsi qəbul olunandan sonra N.Paşinyan da istefa verəcək və seçkilərlə məşğul olacaqdır.

Sözsüz ki, indi dəqiq tarix demək mümkün deyil. Amma aydındır ki, bu il mütləq parlament seçkiləri keçirilməlidir. Yalnız bundan sonra ermənilərin N.Paşinyana mandat verib-verməməsi aydın olacaq. Düzdür, əski sovet məkanında oturuşmuş bir praktika var: kim hakimiyyətdədirsə seçkini də o, “udur” – seçki bir növ tərtibat üçün lazımdır…

Amma artıq ABŞ və digər ölkələr Ermənistana yardımlarını konkret siyasi addımlarla şərtləndirirlər: demokratik və ədalətli seçki, ciddi və sistemli hüquqi islahatlar, korrupsiyaya qarşı mübarizə. Elə ona görə də Paşinyan istəsə də, istəməsə də, bir az tər tökməli olacaq.

Burada Qərbin, Avropa institutlarının da bir az “tərləməsi”nə ehtiyac var, çünki bir sual hələ də cavabsız qalıbdır: necə oldu ki, ermənilər bir az müddət əvvəl seçkilərdə “dəstək verdikləri” hakim Respublika partiyasını, onun liderini devirmək qərarına gəldilər? Görən, həmin o institutlar arxivdən Ermənistanda keçirilən seçkilərə verdikləri qiyməti qaldırıb bir daha nəzərdən keçirirlərmi?..

Ona görə də düşünürük ki, dırnaqdan xaricdə başa düşülən inqilabi dəyişikliklərə hələ Ermənistan gəlib çatmayıbdır. Üstəlik, ABŞ-ı və ya digər Qərb ölkələrini düşündürən təkcə Ermənistanın daxili nizamı deyil, həm də onun regionun geosiyasi arxitekturasında tutduğu yerdir və əlbəttə ki, jurnalist N.Paşinyandan fərqli olaraq iri biznes adamlarından təşkil olunmuş indiki ABŞ siyasi isteblişmentində anlayırlar ki, bir neçə yüz milyon dollarla Ermənistanı səfalətdən çıxarmaq mümkün olmayacaq və hayların bircə yolu var: region dövlətlərilə münasibətləri sahmana salmaq.

Bilmirik, N.Paşinyan bu sadə həqiqəti nə qədər anlamaq gücündədir – anlasa nəyəsə nail olacaq, yox, anlamasa, qəbul etməli olacaq ki, inqilabın o biri üzü də olur: insanlar bir müddətdən sonra ondan da iş və çörək tələb edəcəklər, bunu isə Qərbin verdiyi bir neçə yüz milyonla heç bir halda yoluna qoymaq olmayacaq. Həm də ki, Qərb də çox tədbirli və  təcrübəli partnyordur – onlar pulu ərzaq almağa yox, konkret və sistemli işlərə verirlər.

O ki qaldı bizim siyasətimizə və tədbirlərimizə, ümid edirik ki, diplomatlarımız diplomatik terminologiya sahəsindəki “çalışmalar”ını bir tərəfə qoyub danışıqlara impuls verən real məqamları axtarmağa və Ermənistanı güzəştlərə vadar edəcək amilləri tapmağa başlayacaqlar.

Son bir ildə demək olar ki, bizi “substantiv” sözü ilə məşğul etdilər. Olsun. Amma otuz ildir ki, nəticəsiz davam edən danışıqları həqiqətən substantiv etməyinin yollarını aramaq lazımdır, ya yox? Düşünürük ki, nəinki lazımdır, hətta qaçılmazdır. Əks təqdirdə beş – on il də Paşinyan cənablarının nazı ilə oynamalı olacağıq…

Bilirsiniz, vaxt uzanır, yeni mürəkkəb problemlər, hətta təhdidlər meydana çıxır və “zaman bizim xeyrimizə işləyir” kimi iddialar heç də həmişə özünü doğrultmur. Həm də biz özümüz də nəsə etməliyik ki, digər dövlətlər hərəkətə gəlsinlər. İndiki halında Dağlıq Qarabağ onlar üçün elə də problem deyildir. Genişmiqyaslı toqquşmalar yoxdur, arada azərbaycanlılar və ermənilər arasında lokal toqquşmalar olur – bunlarsa böyük dövlətləri elə də narahat etmir.

Əlbəttə ki, Ermənistanın siyasi və iqtisadi həlqəyə alınması da böyük işdir. Amma görünür, bu, onlara azlıq edir. O səbəbdən Dağlıq Qarabağ ətrafındakı hərbi həlqəni də daraltmalıyıq…

Əvvəlki yazı

Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib

Sonrakı yazı

Deputatın ölümlə əlləşənlərin antiMilli Onkologiya Mərkəzindən tükürpədici dosye – Video

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.