Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.
Reportyor.info xəbər verir ki, N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.
“Bütün tərəfdarlarımızı elə indi Respublika mehydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, – deyə o yazıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.




















