Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycanın sülh sazişinin bağlanması ilə bağlı beş bəndlik təklifinə cavab verib. Bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“…Martın 10-da Azərbaycan Ermənistana beş bəndlik təklif təqdim edib, martın 14-də biz ona yazılı şəkildə – Minsk Qrupu vasitəsilə cavab verdik”.
Paşinyan həmçinin aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini də bəyan edib.