Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Axar.az xəbər verir ki, Paşinyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Bundan sonra o, Saakyanla birgə Xocavənd rayonunun Çartar kəndindəki Surb Vardanank kilsəsinin açılışına yollanıb.
Qeyd edək ki, bu kilsənin tikilişinə pulu 2014-cü ildə əslən erməni olan rusiyalı iş adamı Vladimir Avaqyan ayırıb.