12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyan Əliyevlə debatdan danışdı: Nələr uydurdu?

21 Fevral 2020, 12:37
Gündəm, Manşet
A A
Paşinyan Əliyevlə debatdan danışdı: Nələr uydurdu?

zərbaycan Prezidenti İlham Əliyevlə son görüş dönüş əhəmiyyəti daşıyır.

Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Baş nazir Nikol Paşinyan deyib. Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen debatını “öz uğuru” kimi qələmə verməyə çalışan erməni baş nazir bununla ictimaiyyətə artıq hər şeyi açdığını söyləyib:

“Mən hesab edirəm ki, bu görüş bir neçə səbəbdən dönüş əhəmiyyəti daşıyır. 2018-ci ilin mayından Azərbaycan beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Ermənistan Qarabağın həlli prosesində destruktiv mövqe tutur. Bu diskussiya beynəlxalq ictimaiyyətə çox dəqiq şəkildə göstərdi ki, Ermənistan konstruktiv, Azərbaycan isə destruktiv mövqe tutur. Bu çox vacib nəticədir. İkincisi, bu görüş Qarabağla bağlı danışıqlar prosesində erməni xalqından heç bir sirr saxlamaycağımla bağlı vədlərimdən birinin reallaşması oldu.

Qarabağ məsələsinin incəlikləriylə yalnız dar ekspert dairəsinin tanış olması dövrü artıq keçib. Bütün erməni xalqı bu məsələnin məzmunu bilməlidir və şadam ki, bunu təmin edə bilmişəm. Vətənpərvərliyə gəlincə hesab edirəm ki, burada vacib məqam Qarabağ məsələsiylə bağlı danışıqların yeni məzmununun formalaşmasıdır. Mən şərti olaraq bunu Münhen prinsipləri adlandırmışam”.

Paşinyan özünün “yaratdığı” Münhen prinsiplərindən bəhs edərkən bunun ilk bəndinin Qarabağın Azərbaycan kimi müstəqillik əldə etməkdən ibarət olduğunu deyib:

“Bu nə deməkdir? Ərazi bütövlüyü prinsipi barədə danışarkən bilmək lazımdır ki, söhbət hansı ölkənin ərazi bütövlüyündən gedir. Əks-arqument kimi SSRİ-nin artıq mövcud olmadığı göstərilə bilər. Bəli, bu belədir. Bununla belə tərkibindən Dağlıq Qarabağın olduğu dövlət də artıq mövcud deyil. Söhbət Azərbaycan SSR-dən gedir”.

Erməni baş nazir bir az daha sərsəmləyərək, Qarabağ danışıqlarında ərazi yox, təhlükəsizlik məsələsinin gündəm olması gərəkdiyini söyləyib:

“Erməni ordusu bu əraziləri (Dağlıq Qarabağ ətrafındakı yeddi rayon – red.) nəzarət altına alanda onlar bunu zövq üçün yox, başqa seçimləri olmadığı üçün ediblər. Bu, Azərbaycanın aqressiv fəaliyyətini Dağlıq Qarabağdan uzaqlaşdırmaq üçün edilmişdi. Buna görə, ərazi anlayışı bu kontekstdə müzakirə edilmir, təhlükəsizlik anlayışını müzakirə edilməlidir”.

Özünü sülh göyərçini kimi təqdim etməyə çalışan Paşinyan yenidən bu konfliktin həllinin Azərbaycan, Qarabağ və Ermənistan üçün qəbul edilən olması gərəkdiyini qeyd edib. Bununla belə Paşinyan özünün Qarabağla bağlı mövqeyinin sələflərindən fərqləndiyini bildirib:

“Biz heç vaxt deməmişik ki, torpaqları verməyə hazırıq. Biz başqa şey deyirik. Biz deyirik ki, ərazi məsələsi yoxdur, təhlükəsizlik məsələsi var və bu məsələ ətrafında danışıqlara hazırıq. Biz deyirik ki, Qarabağ məsələsinin hərbi həlli yoxdur və əgər kimsə həllin hərbi yoldan ibarət olduğunu desə, Qarabağ xalqı bu məsələnin çoxdan həll edildiyini deyəcək”.

Əvvəlki yazı

İrandan Azərbaycana koronavirus keçə bilər? – Açıqlama

Sonrakı yazı

“Ölüf-ölüf derəm saa…” söyləyən qazaxlı danışdı – Video

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.