01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyan Əliyevin sözünü təsdiqlədi – Bakıdan İrəvana unikal fürsət

08 İyun 2018, 09:23
Seçmə
A A
Paşinyan Əliyevin sözünü təsdiqlədi – Bakıdan İrəvana unikal fürsət

Erməni baş nazirdən yeni və acı etiraflar; Azərbaycan prezidenti: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir…”

İyunun 7-də Ermənistan parlamentində yeni hökumətin fəaliyyət proqramı müzakirə edilib. Mayın 8-də küçə etirazlarının təzyiqi altında baş nazir seçilən Nikol Paşinyan dünən öz hökumətinin prioritet istiqamətləri haqda danışıb. Eyni zamanda bir daha ölkədəki ağır sosial-iqtisadi vəziyyətə, əhalinin miskin güzəranına görə Sərkisyan-Köçəryan rejimini ittiham edib.

“Ermənistanda indiyədək keçirilmiş parlament və prezident seçkilərinin, demək olar, hamısı saxtalaşdırılıb”. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, bu sözləri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

“Mən hesab edirəm ki, 1991-ci ilin prezident və 1999-cu ilin parlament seçkilərindən savayı, bütün seçkilər saxtalaşdırılıb. Bundan ötrü bütün qanunsuz vasitələr – fiziki işgəncələrdən tutmuş, seçki prosesi zamanı rüşvət verilməsinədək –  hər şey səfərbər edilib. Bunun nəticəsində Ermənistanda ”amoral atmosfer” yaranıb. Ölkədəki bütün neqativ hallar bununla birbaşa bağlıdır”, – deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, yeni hökumət belə proseslərin kökünü kəsməli və azad və demokratik parlament seçkiləri keçirməlidir.

*****

Paşinyan ile ilgili görsel sonucu

Ermənistanda gerçəkdən də illərdir amoral atmosfer hökm sürür. Bu atmosfer və onun ağır nəticələri – erməni xalqının səfil güzəranı, ölkədən ilbəil güclənən kütləvi köç, korrupsiya və inhisarçılıq, Qarabağ məsələsinin həll olunmamış qalması, total seçki saxtakarlıqları və xalqın iradəsinə təcavüz, şübhəsiz ki, müstəsna olaraq son 20 ildə Ermənistanda mövcud olan anormal və qəddar idarəçiliklə birbaşa bağlıdır.

Ermənistanın ardınca kriminal idarəçiliyin hökm sürdüyü Dağlıq Qarabağda da analoji etirazların başlanması göstərdi ki, 20 illik Sərkisyan-Köçəryan rejimi Qarabağ erməniləri də daxil, öz xalqına məhrumiyyətlərdən və fəlakətlərdən savayı heç nə verməyib. Yalnız varlanmaqla məşğul olub. İbrətamizdir ki, bunu indi təkcə sıravi ermənilər yox, onların rəsmiləri, yeni baş nazir də açıq şəkildə deyir, etiraf edir.

2008-ci il martın 1-də İrəvanda ile ilgili görsel sonucu

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, 2008-ci il martın 1-də İrəvanda Sərkisyan rejiminin seçki saxtakarlıqlarına etiraz edən dinc nümayişçiləri güllələtməsi nəticəsində 10 etirazçı öldürülüb. Bundan 9 il qabaq – 1999-cu il oktyabrın 27-də isə (o vaxt prezident Robert Köçəryan idi) Ermənistan parlamentinin gülləbaran edilməsi nəticəsində spiker Karen Dəmirçyan və baş nazir Vazgen Sərksiyan da daxil, 7 nəfər öldürülmüşdü. Nə mart hadisələri, nə də 27 oktyabr hadisələrinin üstü indiyədək açılıb. Bu da sizə erməni demokratiyası və hüquqi dövləti!

Ümumiyyətlə, Ermənistanın formal dövlət kimi mövcud olduğu 27 ildə orada hakimiyyət hələ bircə dəfə də olsun seçki yolu ilə dəyişməyib. 1998-ci ildə “Qarabağ klanı” Levon Ter-Petrosyanı devirərək hakimiyyəti ələ keçirib xunta rejimi qurmuşdusa, 20 il sonra – 2018-ci ilin mayında Nikol Paşinyan küçə hərəkatının təzyiqi altında “Qarabağ klanı”nı iqtidardan qovdu. Heç olmasa, hakimiyyətin bircə dəfə seçki yolu ilə dəyişmədiyi ölkələr isə demokratik hesab edilmir.

Bu mənada Paşinyanın söylədikləri acı etiraf olmaqla yanaşı, yeni məsələ də sayılmaz.

*****

İlgili resim

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev srağagün Bakıda QMİ-nin təşkil elədiyi iftar süfrəsində çıxışı zamanlı söyləyib.

Ölkə başçısının aşağıdakı fikri də nə qədər qəribə olsa belə, hazırda Sərkisyan rejimini asıb-kəsən, onu erməni xalqını ağır duruma salmaqda suçlayan Nikol Paşinyanın, erməni KİV-lərinin, ekspert ictimaiyyətinin dedikləri və yazdıqları ilə üst-üstə düşür.

Azərbaycan prezidenti: “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

İlham Əliyevdən qəzəbli ile ilgili görsel sonucu

*****

Lakin aydındır ki, Nikol Paşinyanın acı etirafları ermənilərin dərdinə məlhəm olası deyil. Əsas odur ki, onun özü hansı kursu aparacaq, enində-sonunda sələflərinin yolunu təkrarlamayacaq ki? Axı, erməni xalqının üzləşdiyi bəlaların kökündə deyildiyi kimi, ən əvvəl həlli uzanan Qarabağ ixtilafı durur. İki böyük qonşu – Azərbaycan və Türkiyə əlaqələrin dondurulması dayanır.

Bu əlaqələrin “donu” açılmadan, Ermənistanda köklü islahatlar, iqtisadi tərəqqi və rifah mümkün olmayacaq. Bəs, Qarabağ “düyünü”nü yeni baş nazir necə açmaq fikrindədir? Bu problem çözülmədən öz xalqına verdiyi vədləri o, necə tutacaq? 

Əfsus ki, baş nazir olandan sonra Paşinyanın Dağlıq Qarabağ mövzusunda açıqlamaları hələ ki, nikbinlik üçün əsas vermir. Parlamentdəki dünənki çıxışında o, öz destruktiv mövqeyini bir daha bəyan edib. Qarabağ ermənilərinin birbaşa danışıqlara qoşulmasının vacibliyini söyləyib. Odur ki, prezident İlham Əliyevin öz çıxışı zamanı bu mövzuda ona verdiyi tövsiyə əslində son xəbərdarlıq kimi də qəbul oluna bilər. Yəni bir növ, onun da, erməni xalqının da son şansı, son unikal fürsəti məsələsi.

Sitat: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik. Biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxan Vidadi İsayev “iki od arasında”

Sonrakı yazı

Yeni başçı kimdir? – “Zəhər Mamed”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.