12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Partiya sədrlərindən PA-dakı görüşə – Reaksiyalar

03 Mart 2020, 10:54
Siyasət
A A
Partiya sədrlərindən PA-dakı görüşə – Reaksiyalar

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ötən həftədən başlayaraq ölkədəki siyasi partiyaların rəhbərləri ilə ayrılıqda görüş keçirməsi ölkə gündəminin əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, Ədalət Vəliyev AĞ Partiyanın sədri Tural Abbaslı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, REAL Partiyasının sədri İlqar Məmmədov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevlə görüşüb.

Müsavat Partiyasının başqanı Arif Hacılı da görüş üçün dəvət alıb. Məlumata görə, Arif Hacılı görüşün Müsavat Partiyası qərargahında keçirilməsinin daha uyğun olduğu mövqeyindən çıxış edib. Yer məsələsinə görə tərəflər arasında görüş hələ reallaşmayıb.

Digər siyasi partiyaların sədrləri ilə də Ədalət Vəliyevin görüşlərinin olacağı bildirilir.

Onu da qeyd edək ki, bütün görüşləri Prezident Administrasiyasında keçirilib.

Maraqlıdır ki, tərəflər görüş zamanı müzakirə olunan məsələlərin məzmunu barəsində ətraflı fikir bildirmir, ümumi danışmaqla kifayətlənirlər.

AXP sədri Pənah Hüseyn bildirib ki, Prezident Administrasiyasının binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağı görüşü olub. Görüş normal keçib.

BQP sədri Fazil Mustafa isə bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüşdə oub: “Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də qeyd edib ki, görüş Ədalət Vəliyevin dəvəti ilə baş tutub: “Bu görüşü olduqca maraqlı və faydalı hesab edirəm. Detallara və təfsilata varmasam da söyləməliyəm ki, çox əhatəli və geniş bir söhbətimiz oldu. Belə səmərəli görüşlərin davamlı olmasını arzulayıram. Eyni zamanda dəvət üçün Ədalət müəllimə təşəkkür edirəm”.

BAXCP sədri Qüdrət Həsənquliyev isə bildirib ki, Ədalət Vəliyevlə görüşdə siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı yeri və rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də bildirib ki, Prezident Adminstrasiyasının Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə onun dəvəti əsasında görüşü olub. Əsasən tanışlıq xarakteri daşıyan görüşdə ictimai- siyasi durum, iqtidar-müxalifət münasibətləri, siyasi partiyaların vəziyyəti müzakirə olunub.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə qeyd edib ki, Ədalət Vəliyevlə görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, siyasi partiyaların ölkə həyatında rolu və yeri, müxtəlif sahələrdə islahatlar müzakirə mövzusu olub.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, partiya olaraq belə görüşləri və belə təşəbbüsləri müsbət qiymətləndirirlər. Çünki istənilən hakimiyyət öz müxalifəti ilə daimi ünsiyyətdə və dialoqda olmalıdır. Bunun əksi düşmənçilik və ədavətdir: “İqtidarla müxalifət bir-birinə düşmən deyil, rəqib olmalıdır və hər ikisi xalqın, dövlətin inkişafına birgə çalışmalıdırlar. Dünyada bütün sivil normal dövlətlərdə bu belədir. Odur ki, işi onsuz da siyasi partiyalarla iş olan şöbənin rəhbərinin siyasi partiya rəhbərləri ilə görüşündə nəsə qeyri-adi bir şey axtarmağı düzgün hesab  etmirəm. Doğrudur, illərlə yanlış olmuş iqtidar-müxalifət  ünsiyyəti cəmiyyətdə və bəzi siyasi dairələrdə bu görüşlərə şübhə ilə yanaşmağa hansısa əsaslar verə bilər. Ancaq ilk görüşülən müxalifət partiyası rəhbəri kimi deyə bilərəm ki, bu görüşdə xalqın, eyni zamanda da AĞ Partiya və ümumilikdə müxalif düşərgənin maraq və  məqsədlərinə zidd nələrsə danışılmayıb. Belə bir dialoqun olması da zatən mümkün deyil.

Görüşlərin seçkidən öncə və ya sonra olmasının da xüsusi bir əhəmiyyət kəsb etdiyini düşünmürəm. Çünki bu görüşlər seçkidən öncə keçirilsəydi eyni sual veriləcəkdi ki, niyə  məhz seçkidən öncə? Mən düşünürəm ki, bu görüşlər  qəbul olunmuş konkret fəaliyyət planı çərçivəsində aparılır.  Görüşlərin vaxtı, yeri və  tərkibi barədə olan sualların isə təşkilatçı tərəfindən cavablanması daha doğru olardı”.

Qeyd edək ki, Ədalət Vəliyevin ilk görüşdüyü partiya sədri AĞ Partiyanın sədri Tural Abbaslı olsa da, maraqlıdır ki, Tural Abbaslı görüşdən sonra keçən müddətdə bu barədə heç bir məlumat yaymamışdı.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bildirdi ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevla görüş çox səmimi söhbət olub: “Görüş Ədalət Vəliyevin dəvəti ilə baş tutdu. Səmimi söhbətimizdən, görüşdən çıxardığım nəticələr bu oldu ki, ölkə Prezidentinin administrasiyada keçirdiyi struktur dəyişikliklərində siyasi partiyalar və parlamentlə bağlı yaradılan xüsusi şöbəyə idarəçilik sistemində təcrübəsi olan, cəmiyyətdə nüfuzu olan, təmiz imici olan Ədalət Vəliyevi rəhbər gətirilməsi cənab Prezidentin siyasi partiyalar və parlamentlə bağlı daha ciddi niyyətini ortalığa qoyur. Təbii ki, mən Ədalət Vəliyevlə apardığımız danışıqların bütün detallarına toxunmaq istəmirəm, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, gəldiyim nəticə budur ki, məhz ölkə prezidentinin 2018-ci ildən sonra başladığı islahatların içərisində siyasi partiyalar və parlamentlə bağlı ciddi niyyətlər ortadadır. Bu islahatlar heç şübhəsiz ki, partiyaların Azərbaycan siyasi mühitində yerinin və rolunun artırılmasına öz əhəmiyyətli töhfəsini verəcək.

Azərbaycanda 50-dən yuxarı qeydiyyatdan keçmiş partiyanın adı var. Azərbaycanın ictimai-siyasi həyatında bu partiyalardan 6-7-si bu və ya digər şəkildə fəaliyyətini qurub. Onların içərisində həm parlamentdə olan partiyalar var, həm parlamentdən kənarda olan partiyalar var. Yeni Azərbaycan Partiyası isə daha böyük, güclü struktura malik olan bir partiyadır. Bu partiyaların rəhbərliyi ilə Ədalət Vəliyevin görüşməsi həm də bu partiyalar haqqında daha geniş təsəvvürlər əldə etməkdir”.

Əvvəlki yazı

AFFA çempionatı dayandırdı – koronavirusa görə…

Sonrakı yazı

Əhəd Abıyevin qardaşı işdən çıxarıldı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.