27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Partiya sədrləri İlham Əliyevə müraciət etdi: Tofiq Yaqublu işi…

13 Sentyabr 2020, 12:22
Siyasət, Manşet
A A
Partiya sədrləri İlham Əliyevə müraciət etdi: Tofiq Yaqublu işi…

Bir qrup siyasi ötən gecə aclıq etdiyi Bakı İstintaq Təcridxanasından “City Hospital”a köçürülən Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət ediblər. Bu barədə “Turan”İA məlumat yayıb.

 Reportyor.info-nun məlumatına görə, həmin müraciətdə bildirilir:

“Cənab Prezident,

Biz, bu müraciəti imzalayan siyasi partiya və hərəkat rəhbərləri rəhbərləri, politoloqlar bildirirk ki, 22 mart 2020-ci il tarixində avtomobil qəzası zamanı baş vermiş “mübahisə”yə görə saxlanılaraq, haqqında 3 ay həbs qətimkan tədbiri seçilmiş Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Məhkəmə qapalı şəraitdə keçirildiyinə görə, vəkillərin verdiyi məlumat əsasında deyə bilərik ki, məhkəmə prosesi zamanı nə onların, nə də təqsirləndirilən şəxs olaraq Tofiq Yaqublunun vəsatətləri nəzərə alınmamış, eləcə də istintaq məhkəməyə əsaslı sübut və dəlillər təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə saxta şahidlərin ifadələri əsasında Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası vermişdir. Odur ki, biz bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik.

Ədalətsiz məhkəmə prosesinə etiraz edən Tofiq Yaqublu onun barəsində çıxarılan hökmün ləğv edilməsi tələbi ilə həbsxanada ölüm aclıq aksiyası keçirir. Aksiya 10 gündən çoxdur ki, davam edir və o, bu müddət ərzində heç bir qida qəbul etmir. Ailə üzvlərinin, vəkillərin və həkimlərin rəyinə görə, Tofiq Yaqublunun səhhətində ciddi problemlər yaranıb, onda halsızlıq, çəki azalması, ümumi zəiflik müşahidə olunur. Bütün bunlar davam etdikcə Tofiq Yaqublunun həyatına təhlükə və risklər artır. Bunu həyəcanla izləyən ictimaiyyət, eləcə də bizim rəhbərlik etdiyimiz siyasi partiyaların və hərəkatların üzvləri, politoloqlar sizin Tofiq Yaqublunun işinin ədalətlə həll edilməsi üçün müdaxilənizlə onun azadlığa buraxılmasını zəruri hesab edirik.

Tofiq Yaqublu 1992-93-cü illərdə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə ön cəbhədə vuruşmuş və şücaət göstərmişdir. O həyatının bütün dövrlərində dövlətçiliyə və milli maraqlara sadiqliyi ilə seçilmişdir.

Cənab Prezident,

Hesab edirik ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün məhkəmə və ədliyyə sistemində islahatların aparılmasına ehtiyac getdikcə artır. Biz fürsətdən istifadə edərək, onu da bəyan edirik ki, siyasi partiyalar olaraq bu sahədə islahatların aparılması prosesinə töhfə verməyə hazırıq.

Biz, Tofiq Yaqublunun işini xüsusi nəzarətinizə götürməyə, onun işi ilə bağlı ən qısa zamanda apellyasiya məhkəməsi keçirilərək həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırırıq. Çağırışımıza diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirik.

Hörmətlə,

Azərbaycan Ədalət Partiyası, İlyas İsmayılov

Azərbaycan Demokratiya və Rifah Hərəkatı, Qubad İbadoğlu,

Azərbaycan Xalq Partiyası, Pənah Hüseyn

Azərbaycan Yüksəliş Partiyası, Anar Əsədli

Haqq və Ədalət Partiyası, Əli İnsanov

Milliyyətçi Demokratlar Partiyası, İlyas Abdullayev

Ümid Partiyası, İqbal Ağazadə

Vahid Azərbaycan Milli Birlik Partiyası, Hacıbaba Əzimov

Vətəndaş və İnkişaf Partiyası, Əli Əliyev

Politoloq, Ərəstun, Oruclu

Politoloq, Hikmət Hacızadə

Əvvəlki yazı

Navalnının “Noviçok”la zəhərlənməsində ilginc – Gizlinlər

Sonrakı yazı

Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.