Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələ növbəti iclasda müzakirəyə çıxarılacaq. Bu barədə spiker Oqtay Əsədov məlumat verdi.
O dedi ki, parlamentdə çoxluq təşkil edən YAP üzvləri parlamentin buraxılması ilə bağlı Prezidentə müraciətlə əlaqədar olaraq ona ediblər: “Bu barədə mənə müraciət ediblər, mən də bu məsələyə dəstək vermişəm. Ona görə də dekabrın 2-də bu məsələyə baxılacaq”.