Gürcüstan jurnalistləri parlament binasına hücum çəkərək deputatlarla görüş tələb ediblər.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, qanunverici orqanda dava baş verib, müxalifət “TV Pirveli” televiziya kanalının qurucusu Vato Tsereteli yaralanıb.
Hazırda parlamentin iclas zalında dava davam edir, vəziyyət gərgin olaraq qalır.
Parlament spikerinin kürsüsünü ora Gürcüstan və Avropa İttifaqı bayraqlarını asan müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburiya, Xatuna Samnidze, Ana Natsvlşvili tutub.