20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Palçıqdan, əzablı yollardan canımız qurtardı” – Tovuzun Əyyublu kəndindən fotolar/video

20 Aprel 2020, 10:16
Uncategorized
A A
“Palçıqdan, əzablı yollardan canımız qurtardı” – Tovuzun Əyyublu kəndindən  fotolar/video

Bir vaxtlar bu kəndin yolları keçilməz, kələ-kötür, işgəncə, əzab-əziyyət idi. Sürücülər də, məktəblilər də, yaşlılar da zülm çəkirdilər. Söhbət Tovuzun Əyyublu kəndindən gedir. Reportyor.info olaraq Əyyubludan çəkiliş apararkən kəndin yollarının asfaltlandığını, palçıqlı, çala-çuxur yolların hamar edildiyini gördük.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən bu işlər davam etdirilir.
Ümumiyyətlə, Tovuzda şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Onlardan biri də bərbad vəziyyətdə olmuş 17 kilometrlik Əyyublu kəndinin yollarıdır. Biz bundan əvvəl də Əyyubluda olmuşuq və kənd camaatı yol problemindən çox şikayətlənirdi. İndisə Əyyublu yolları təzədən qurulur və bu da kənd camaatı tərəfindən bayram kimi qarşılanır. Kənd sakinlərinin sözlərinə görə, xüsusi karantin rejimi dövründə onlara əsl mənada hədiyyə edilir.

Hazırda AAYDA tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət edilərək, Əyyubluda işlər davam etdirilir. Kənd sakinləri qeyd edirlər ki, prezidentin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlar icra edilir, insanların problemləri həllini tapır.

“Biz buna görə prezident İlham Əliyevə can sağlığı arzulayırıq. Dövlət başçımız heç bir problemi diqqətdən kənar qoymur. Əyyublunun yolları pis gündəydi. Maşınlar dağılıb-tökülürdü, uşaqlar yağışda-qarda dərsə gedə bilmirdilər, çox çətinlik çəkirdik. İndi kəndimizin yolları asfaltlanır, palçıqdan-izdən canımız qurtarır”, – deyə kənd sakinləri bizimlə söhbətində deyirlər.

Kənddə çəkiliş apararkən iş icraçılarından onu da öyrənirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuzun 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndinin yolları asfaltlanır.

Araşdırma zamanı məlum olur ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Üstəlik, bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü.

Bu da çətinliklərə səbəb olurdu. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılır. Əyyublu sakinləri bildirirlər ki, xüsusi karantin rejimi və pandemiya dövrü olsa da, bu çətin zamanda prezident İlham Əliyev insanların təkcə maddi, sosial rifahını deyil, yol və digər problemlərini də düşünür, həll edir.

“Bizi bu zülm-zillətdən, yol fəlakətindən xilas edən prezidentimizə və onun tapşırıqlarını yerinə yetirənlərə təşəkkürümüzü bildiririk. Yol tikmək, yol açmaq həm də Allaha xoş gedir. Bizim bu yolları əvvəl görəydiniz… Əyyublu elə bir vəziyyətdə idi ki, söz tapmaq olmur. İndi maşallah, keyfiyyətli, hamar bir yolumuz var…”

Foto və video müəllifindir

https://www.youtube.com/watch?v=jlX23cYzdHY&t=52s

Əvvəlki yazı

Çovdarov həbsdə Eldar Mahmudovla necə danışıb? – “Dərhal “şmon” başladı…”

Sonrakı yazı

Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.