Keçmiş baş nazir İmran Xanın Pakistanda korrupsiya ittihamı ilə həbsindən sonra ölkə daxilində gərginlik artıb. Pakistanın Lahor şəhərindəki Xan tərəfdarları Xanın “əl-Qadir Trust” (rüşvətxorluq) ilə bağlı iş üzrə həbsinə etiraz etməyə çağırıblar. Çağırış zamanı İmran Xanın tərəfdarları küçələrə axışıb.
İmran Xanın həbs qərarına etiraz edilib. Aksiyalar zamanı 20 nəfərin saxlanıldığı bildirilərkən, etirazların keçirildiyi Lahorda yollar nəqliyyata bağlanıb. Pakistanın inanclı şəhəri Kəraçidə küçələrə çıxan Xan tərəfdarlarının əsas yolu bağladıqları bildirilib.
Bu gün çevik polis tərəfindən ədliyyə binasına gətirilən və məhkəmədən çıxarılan Xan ötən ilin aprelində parlamentdə etimad səsverməsini itirdikdən sonra hakimiyyətdən düşüb. Martın 13-də məhkəmələrdə iştirak etmədiyi üçün dövlət sovqatlarını satmaqda və əmlakını gizlətməkdə təqsirləndirilən Xan barəsində iki ayrı həbs qərarı çıxarılıb. Keçmiş baş nazir bu ilin oktyabrında keçiriləcək növbədənkənar ümummilli seçkilər üçün təbliğat aparır.