Pakistanın Sind əyalətinin Kəraçi şəhərində Biparjoy qasırğası barədə xəbərdarlıq edilib. Ölkədəki şiddətli fırtınadan sonra Pakistan Meteorologiya İdarəsi (PMD) verdiyi açıqlamada, son dərəcə şiddətli bir siklon olaraq təyin olunan Biparjoy qasırğasının sahil şəhərindən 600 kilometr uzaqda olduğunu söylədi.
Kəraçinin sahil yolu nəqliyyata bağlanarkən, Sind administrasiyası sürətlə yaxınlaşan qasırğa səbəbiylə Badin şəhərinin sahil bölgələrində hər hansı can itkisinin yaşanmaması üçün bölgədəki 60 min insanın təxliyə ediləcəyini açıqlayıb.
İndiyədək təxliyə edilənlərin sayının 2 min nəfər olduğu açıqlanıb.
Pakistanın Milli Fəlakət İdarəsi (NDMA) qasırğanın şəhərin sahilyanı ərazilərində güclü külək, leysan yağış və daşqınlara səbəb ola biləcəyini izah edərək, balıqçılara açıq dənizdə qayıqla getməmək barədə xəbərdarlıq edib. Fövqəladə hallarda səlahiyyətlilərlə əməkdaşlıq etmək barədə xəbərdarlıq edilib.