Pakistanda korrupsiya ittihamı ilə həbs edilən keçmiş baş nazir İmran Xan bu gün sıx təhlükəsizlik tədbirləri altında konvoyun müşayiəti ilə məhkəmə binasına gətirilib.
İslamabad Ali Məhkəməsi Xanın 2 həftəlik zaminə buraxılmasına qərar verib.
Dünən Ali Məhkəmə keçmiş baş nazirin həbsini “qanunsuz” adlandırıb və Xanın “dərhal azadlığa buraxılması” barədə göstəriş verib.
İmran Xan ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən düşüb.
“Əl-Qədir” məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunan Xan mayın 9-da ifadə vermək üçün İslamabad Ali Məhkəməsinə gələrkən həbs edilib.
Xanın həbsindən sonra tərəfdarları ölkə boyu küçələrə axışıb.
Zorakılığa çevrilən etirazlarda, polislə nümayişçilərin qarşıdurması nəticəsində ən azı 11 nəfər həyatını itirib, ən azı 290 nəfər yaralanıb.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, nümayişlər zamanı azı 2500 nəfər saxlanılıb.