Dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qruplarına Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun adından məktub ünvanlanıb.
Reportyor.info xəbər verir ki, məktubda atəşkəsin elan edilməsinə baxmayaraq, 11 oktyabr tarixində Gəncə şəhərinin mülki əhalisinin Ermənistan tərəfindən xaincəsinə “Toçka-U” ballistik raketinin hücumuna məruz qalması barədə məlumat qeyd edilib.
Eyni zamanda məktubda erməni terroru nəticəsində 9 mülki şəxsin dünyasının dəyişdiyi, 30-dan çox şəxsin yaralandığı diqqətə çatdırılıb. Məktubda Pakistan tərəfindən Erməni vəhşiliyinin qınanılması və bu aqressiyaya müvafiq qiymətin verilməsi üçün çağırış edilib.