Pakistanın keçmiş prezidenti və baş naziri Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.
Virtualaz.org bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Bildirilir ki, məhkəmə P. Müşərrəfi dövlətə xəyanətdə ittiham edib.
Keçmiş lider 2007-ci ildəki iğtişaşlar zamanı fövqəladə vəziyyət rejimi tətbiq etməkdə, habelə Konstitusiyanın qüvvədə qalmasında ittiham olunub. 2013-cü ildə Müşərrəfə qarşı dövlətə xəyanət iddiası qaldırılıb. Bundan başqa, Pərviz Müşərrəf 1999-cu ildə çevriliş nəticəsində hakimiyyətə gəlib. Doqquz il ölkəyə rəhbərlik edib, bundan sonra impiçment proseduru təhlükəsi səbəbindən könüllü olaraq istefa verib.