24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Cəmiyyət
A A
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Aztimes.az saytının təsisçisi və baş redaktoru Pərvin Abışova Prezidentə müraciət ünvanlayıb.

Reportyor.info xəbər verir ki, o müraciətində jurnalist fəaliyyəti ilə bağlı qanunsuz təzyiqlərlə üzləşdiyini bildirib.

Qeyd edib ki, 2024-cü il 22 aprel tarixində, Ağcabədi rayonu Qaravəlilər kəndindən redaksiyamıza daxil olan vətəndaş şikayətləri əsasında həmin kənddə çəkiliş aparıb: “Kənd sakinləri onlara ayrılmış örüş sahələrinin Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən iş adamı Kazım Gülmalıyevə qanunsuz olaraq satıldığını bildirirdilər.

Jurnalist məsuliyyəti və obyektivliyi prinsiplərinə əsaslanaraq hadisə yerində çəkiliş apardıq və qarşı tərəfin mövqeyini də işıqlandırdıq. Lakin bir neçə gün sonra İcra başçısının köməkçisi Hafiz Hüseynov mənimlə əlaqə saxlayaraq kənd sakinlərinin dediklərinin yalan olduğunu bildirdi. Mən isə cavabımda qeyd etdim ki, onların da fikirləri materialda dərc olunub və biz tərəfsiz, obyektiv yanaşma prinsipinə sadiq qalmışıq.

Buna baxmayaraq, Hafiz Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək israrla həmin materialın saytdan silinməsini tələb etdi. Mən isə peşə prinsipimə uyğun olaraq materialı silməkdən imtina etdim”.

Nəticədə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov jurnalisti məhkəməyə verib. P.Abışovanın sözlərinə görə, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən proseslərdə icra başçısı iştirak etməsə də, məhkəmədə qalib gəldi: “Yuxarı instansiyalara müraciət etmək imkanım süni şəkildə məhdudlaşdırıldı. Məhkəmə qərarı ilə mənim 1000 manat təzminat ödəməyim və üzr istəməyim tələb olundu.

Hörmətli cənab Prezident, mən məhkəməyə bildirmişəm ki, tələb olunan təzminatı ödəməyə hazıram. Lakin Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanov bu məsələnin hüquqi baxımdan həlli üçün şərait yaratmır, əksinə, məni dəfələrlə məcburi şəkildə polisə gəlməyə çağırır.

Mən – üç uşaq anası, ləyaqətli bir Azərbaycan vətəndaşı və ölkəmizin milli maraqlarına xidmət edən bir media nümayəndəsi olaraq – Sizdən bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm”.

Jurnalistin sözlərinə görə, R.Hüseynov da köhnə media işçisidir: “Əmək fəaliyyətinə “Kommunizm yolu” qəzetində korrektor, ədəbi işçi, müxbir və şöbə müdiri kimi başlayan Rafil Hüseynovun bu gün bir jurnalistə qarşı göstərdiyi münasibət Həsən bəy Zərdabinin qələminə sayğısızlıq və peşəkar etika prinsiplərinə ziddir. Köhnə mətbuat işçisi kimi o, vətəndaş şikayətini qəbul etmir və bunu qərəzli şəkildə məhkəməyə qədər aparır.

Siz çıxışlarınızda dəfələrlə jurnalistlərin Sizin informasiya mənbəniz olduğunu və onların ictimai rəyə təsir edən vacib vasitə rolunu vurğulayırsınız. Lakin Rafil Hüseynov bu çağırışlara zidd olaraq, vətəndaş şikayətlərini və qanun pozuntularını ört-basdır etməyə çalışır.

Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində, bir vətəndaş, keçmiş əsgər anası və cənab Prezidentin dostu olan bir jurnalist kimi, bu müraciətimə diqqətlə yanaşmağınızı və mənə kömək etməyinizi rica edirəm”.

Əvvəlki yazı

Azərbaycan mətbuatı – 150 yaşında!

Sonrakı yazı

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.