12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu – Təfərrüat

21 May 2018, 09:46
Cəmiyyət
A A
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu – Təfərrüat

Bakıda bir neçə vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən şəxsin məhkəməsi keçirlib.

Musavat.com xəbər verir ki, təqsirləndirilən 1983-cü il təvəllüdlü Bayramov Yusif Yunis oğlunun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Yusif Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham edilərək həbs edilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Yusif Bayramovun cinayət əməlləri üzrə ilginc təfərrüatlar üzə çıxıb.

Əvvəlcə onu qeyd edək ki, Y.Bayramov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyir. Belə ki, Bayramov bir neçə nəfərə qarşı dələduzluqda özünü təqsirli bilsə də, narkotik ittihamı ilə qəti olaraq razılaşmır. Bayramov heç siqaret çəkmədiyini deyir və narkotiki nə istifadə, nə də satış məqsədi ilə əldə etdiyini bildirir. Y.Bayramovun cinayət işində zərərçəkmiş kimi tanınanlardan biri Sevdimalı Novruzovdur. Novruzov tanışı vasitəsi ilə tanıdığı Yusif Bayramova oğlunu işə düzəltməsi üçün pul verib. Amma iş düzəlməyib, üstəlik pulu da “batıb”.

“8 min manat vermişəm. Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edirdi. Bir maşınla gəlmişdi. Həmin maşının MTN-ə məxsus olduğunu deyirdi. Məndə həmin maşının fotosu və nömrəsi var. Biz görüşmüşük, çörək yemişik. Pulu da öz əlimlə vermişəm. İndi biz daxmada qalırıq. Daxmada yaşayırıq. Gəlib yaşadığımız evi görsəniz, düşünərsiz ki, bu edilən hərəkət bizə rəvadırmı? Oğlumu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəkdi. Deyirdi ki, hər yerdə tanışları var. Daha sonra yoxa çıxdı. Nə qədər zəng edirdim, gündə bir rayonda olduğunu, iş adamı olduğunu söyləyib məni yola verirdi. Sonra telefonuna zəng çatmadı”,- deyə zərərçəkmiş şəxs söyləyib.

Zərərçəkmiş qeyd edib ki, Yusif Bayramovdan görüş zamanı MTN vəsiqəsini də tələb edib: “Bizə gələndə vəsiqəsini istədik. Tanımadığımız adam idi. Dedi ki, vəsiqəsini ancaq nazirə göstərə bilər. Sonra öz şəxsiyyət vəsiqəsini göstərdi. Dedi ki, onu da bizə verə bilməz, çünki lazım olur. Elə həmin gün oğlum Yusifin gəldiyi maşının fotosunu çəkdi. Maşınında “miqalka” da var idi. Həmin şəkili də istintaq orqanına verdim. Sonra araşdırma zamanı məlum oldu ki, maşın lizinqlə alınıb, 3 aylıq icarəyə götürülüb. Maşının nömrəsi də 99 AE 283 idi”.

Sevdimalı Novruzov bildirib ki, Yusif Bayramovu tanışı Mehdi Əsgərov vasitəsi ilə tanıyıb: “Mənimlə qiyməti Mehdi danışdı. 15 min istədi, amma mən dedim ki, bütün əmlakımı satsam, 15 min düzəlməz. Sonra 8 minə razılaşdıq”.

Məhkəmədə Mehdi Əsgərov da dindirilib. O, deyib ki, təqsirləndirilən Yusif Bayramovu işlədiyi restorandan müştəri kimi tanıyıb. Mehdi Əsgərov “Bakı Balıq Evi”ndə aşbaz işlədiyini söyləyib: “Bizimlə işləyən Aynurə var idi. O, Yusifi tanıyırdı. Zərərçəkmiş Sevdimalı da bizim qohum idi. Oğlunu işə düzəltmək istəyirdi. Mən də maraqlandım ki, bunu kim edə bilər. İşdə söhbət düşəndə Aynurə belə bir adamın olduğunu dedi. Sonra Yusiflə görüşdük. O, həll edə biləcəyini dedi. Sonra belə alındı.”

Məhkəmədə şahid qismində Aynurə Abbasova da ifadə verib. O, söyləyib ki, Yusif Bayramovu imkanlı və vəzifəli şəxs kimi tanıyıb: “Mən onlara belə bir adamın olduğunu dedim. Sonra özləri görüşüb danışdılar. Pulu da özləri verib. Sonra mənə zəng edib Yusifin zənglərə cavab vermədiyini dedilər. Mən də dedim ki, pulu verəndə heç olmasa mənə xəbər edəydiniz. İndi mən nə edə bilərəm. Sonra mən də Yusifə zəng elədim. Dedi ki, həll edəcək”.

Məhkəmədə bu cinayət işi üzrə daha bir maraqlı məqam üzə çıxıb. Həmin maraqlı məqam Yusif Bayramovun həbs edilməsi ilə bağlı olan epizoddur.

Belə ki, Yusif Bayramov Şəkiyə gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Yusif Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.

Y.Bayramov deyir ki, həmin vaxt polis əməkdaşına rüşvət verərək bunu telefonla çəkməyi planlaşdırıb. Belə də olub.

Y.Bayramov polis əməkdaşına 30 manat rüşvət verərkən bunu telefonun yaddaşına köçürüb. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək bu dəfə özü ondan pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib. O, polis əməkdaşından hədə-qorxu ilə pul tələb etmədə ittiam edilib.

Məhkəmənin suallarını cavablandıran Y.Bayramov daha bir neçə belə əməl törətdiyini etiraf edib.

 

İlkin Muradov
Musavat.com

Əvvəlki yazı

Füzuli məhkəməsində “Allah” Qarabağ əlilini “pula satdı”

Sonrakı yazı

Fəzail Ağamalı: “Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi”

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.