Türkiyəli aktyor-müğənni Özcan Deniz boşanmasına baxmayaraq Feyza Aktanla eyni evdə yaşayırdı.
Axşam.az xəbər verir ki, sənətçi artıq yeni mənzilə köçüb. O, İstanbulun Zekeriyaköy səmtindəki iki villasını keçmiş arvadına və oğluna verib.
Deniz ailəsinin yaşadığı yerin yaxınlığında aylıq kirayəsi 20 min lirə olan villa kirayələyib.
Qeyd edək ki, Kuzey adında bir oğulları olan Özcan və Feyza ötən ilin martında nikah masasına oturmuşdu. Bu ilin iyununda isə cütlük boşanıb.