14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Övladlarımı alıb ölkədən gedim?” – Şəhid xanımından şok

14 Yanvar 2020, 12:24
Gündəm, Seçmə
A A
“Övladlarımı alıb ölkədən gedim?” – Şəhid xanımından şok

 

Şəhid Təbriz Musazadənin xanımı Pərişan Əsədzadə İnsan Hüquqları Üzrə Müvəkkilə (Ombudsman), Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinə və Mərkəzi Seçki Komissiyasına müraciət edib. 

Şəhidin xanımı ona və ailəsinə olan təzyiqləri diqqətə çatdırıb.

“Günlərdir övladlarımla əziyyət çəkirik və bu ilk deyil. 4 il öncə də eyni hadisələr yaşandı, susduq. Amma yetər artıq. Mən daha bir 4 il sonra da bu cür məhv olmağımızı istəmirəm. Övladlarımı düşünən olmadı. Şərəf və ləyaqətli oldu hər kəs. Hər gün çirkab yazılarınızı oxudu, övladlarım. Çox heyif ki, buna səbəb balalarımın öz əzizləri oldu. Bir böhtanla başladı və hər kəs ucunu tutub getdi. İki övladı, qadını düşünən olmadı.

Övladlarım sizin içinizdəki kinin altında əziləcək deyə düşünmədiniz. İndiyə qədər heç kimdən nəsə tələb, xahiş etmədim. KİV nümayəndələri yıxdı, sürüdü. Saxta profil açıb haqqımda şaiyələr yazdınız. Videoda demədiyim sözləri rəylərdə yazdınız. Nə tez unutdunuz kimin ailəsi olduğumuzu?”, – deyə Pərişan Əsədzadə müraciətində qeyd edib.

Şəhidin xanımı övladı ilə Ombudsman və Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsində qəbula düşmək istəsə də, nəticəsi olmayıb: “Övladımla bağlı Ombudsmana müraciət etdim. Qarşılığında isə Səbinə xanıma deyilmədən “Siz ərizə yazın sonra baxacağıq” cavabını aldım. Bəlkə də qəbul edəcəkdi, amma deyilmədi. Daha sonra Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Dedilər ki, iki həftə zamanımız yoxdur, üçüncü həftə gəl. O qapıdan geri qaytardığınız insanlar üç gün sonra bu dünyada olmaya bilər. Son qoyun bu haqqsızlığa! Nə edim mən? Övladlarımı alıb bu ölkəni tərk edim? Ən azından bilərəm öz ölkəmdə deyiləm, haqsızlıqla üzləşirəm. Niyə Mehriban xanıma səsimizi çatdırmırlar?”

Pərişan Əsədzadə onu ittiham edənlərə xitabən davam edib: “Ağzınıza gələni yazmayın, o övladlar Təbrizindir. İnsanları intihara sürükləməyin! Və son bir həftədə başıma gələn bütün haqsızlığa qarşı dəstək istəyirəm . Mən bu vətən üçün az da olsa bir şeylər etdim. Niyə susdunuz? Mən şəhid analarına yardım etdim, şəhid övladına yardım etdim, kimsəsizlərə ana oldum, küçədəki uşaqları evimə aldım, saxladım. Şiddətə məruz qalmış qadınlara yardım etdim. Şəhid, qazi balalarına təmənnasız təhsil verdim. Əsgərlər üçün səngərlərə getdim. Şəhid xanımlarını işlə təmin edilməsinə yardım etdim. Azmı, iş görmüşəm mən? Azmı, bu vətən, bu torpaq üçün çalışıram? Sizlər nə etdiniz? Mən haqqım olanı istəyirəm. Bu vətən üçün iki oğul, iki əsgər yetişdirirəm. Hansı ki, bu gün qapıdan qaytardılar. Şərəf və ləyaqətimə olunan haqsızlığa dəstək istəyirəm. Qadın kimi, ana kimi. Mən Pərişanlara dəstək istəyirəm”.

Şəhidin xanımı namizəd olduğu 26 saylı Xətai dördüncü seçki dairəsində üzləşdiyi qanunsuzluqları da diqqətə çatdırıb və seçkiyə qatılıdğı üçün ona qarşı kampaniya aparıldığına eyham edib: “36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyimi irəli sürdüm. İmza vərəqlərini götürdüm və imza toplamağa başladıq. 36 saylı dairənin hüdudlarını soruşduq ki, ərazi olaraq uşaqlar hansı küçələrdə imza toplayacağını dəqiqliklə bilsin. Dairədən sanki kiminsə evini göstərirmiş kimi “düş burdan, çıx Zığdan” dedilər. Halbuki tamam başqa küçələr də vardı siyahıda. Şəhid övladları, birliyin işçiləri və qazilər ilə. İki gündən sonra vərəqələrin nüsxə (kserekopiya) olduğunu anladıq. Dairəyə zəng vurdum və “eybi yoxdur narahat olmayın ona imza atdıra bilərsiniz” dedilər. Uzun bir mübahisədən iki gün sonra vərəqələri qaytarıb yeniləri ilə əvəz etdik və yenə imzaya başladıq amma çox gecikərək. Bu dəfə insanlar imza atarkən niyə möhür yoxdur? dedilər. Saxta sənəddir? Bu dəfə namizədliyini vermiş digər bir şəxsə göstərdik və dedi ki, möhür hər birinə vurulmalı idi. Bəli, orda üst vərəqə möhür vurub arasına 9 möhürsüz imza vərəqini qoyub vermişdilər mənə. Buna da bir neçə gün zaman getdi. Daha sonra möhürlü vərəqələri götürüb imzaya başladıq. Səhəri məlum olaylar baş qaldırdı. Çirkab hadisənin içində mənə zəng vurub dedilər ki, Pərişan xanım sizin adınız partiyanın adı ilə gedib MSK ya. Dairəyə getdim və sədrdən tələb etdim. Bitərəf, öz təşəbbüsümlə verdiyim halda niyə partiya adı ilə gedib? Düzəldəcəyini, yalnışlıq olduğunu dedi. Və dünən zəng vurub deyirlər ki,öz istəyinlə namizədliyini geri götürmüsən? Dedim yox. İndi sual ünvanlayıram:

Mən rəsmi şəkildə özüm imtina etmədiyim müddətcə niyə mənim adımdan bu cür qeyd aparılıb? Nə səbəbə mənə saxta imza vərəqələri verildi? Nə səbəbə mənə möhürsüz imza vərəqələri verildi? Nə səbəbə mənə qarşı bu cür kampaniya başlatdınız və burda kimlərdənsə istifadə etdiniz?”

Əvvəlki yazı

Prezidentdən gömrüyə tənqid: “Kobudluq göstərilir”

Sonrakı yazı

İranda həbslər başlayıb – təyyarəyə görə…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.