Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Araşdırma

Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)

2021-01-16
in Araşdırma
0
Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)
0
Paylaşılıb
10
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bənzər Yazılar

Prezident Azərbaycan qadınlarını təbrik etdi

Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə

Xalq meyvə-tərəvəz ala bilirmi: bazarlarda bahalaşma – Foto

Bu ölkələr rəsmi olaraq silahlı qüvvələrə malik deyillər. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır.
Ordusu olmayan ölkələr haqqında maraqlı məlumatları təqdim edirik:
Haiti
Hər zaman gərgin xəbərlərlə gündəm olan Haitidə 1995-ci ildə ordu tamamilə sıradan çıxarılıb. Ancaq ordunun geri qaytarılması üçün başlayan iğtişaşlar zamanı milli polis qüvvələri kiçik bir ordu bölməsini saxlamağa məcbur olublar.
İslandiya
İslandiya Silahlı Qüvvələri İslandiyaya kənardan gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqla vəzifəli olan qurumdur. Silahlı qüvvələr yalnız Sahil Təhlükəsizlik qurumundan ibarətdir. İslandiyanın NATO üzvü olmasına baxmayaraq, hərbi gücü yoxdur deyiləcək qədər azdır. Təcili bir vəziyyətdə Milli Komissiyaya tabe olan üzvləri İslandiyanın müdafiəsində iştirak edə bilər.
Kosta Rika
Kosta Rikanın rəsmi olaraq ordusu yoxdur. Lakin sərhəd təhlükəsizliyi və hüquq-mühafizə əməliyyatlarını həyata keçirən kiçik miqyaslı qoşunları var. Kosta Rika Ordusu, hüquq-mühafizə vəzifələri üçün bir jandarma hesab olunur.
Mauritus
Burada 1968-ci ildən etibarən təhlükəsizlik polis qüvvələri tərəfindən təmin edilir. Qeyri-rəsmi olaraq Hindistanın qorunması altındadır.
Monako
17-ci əsrdə silah texnologiyasındakı böyük inkişaflardan sonra Monako öz ordusundan imtina edib. Zəruri hallarda qoruma Fransaya aiddir.
Panama
1994-cü ildə ordu tərxis edilib və eyni il konstitusiyaya dəyişikliklər olunub. Polis və sahil mühafizəsinin səlahiyyətlilərinə məhdudiyyətlər tətbiq edilib.
Andorra
Andorranın daimi ordusu yoxdur, lakin İspaniya və Fransa ilə müdafiə müqavilələri imzalanıb. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransa və İspaniya kömək edir.
Dominika
Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Qrenada
Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsini idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Kiribati
Kiribati konstitusiyasına əsasən, fəaliyyətinə icazə verilən tək hərbi qüvvə polisdir. Kiribatinin dövlət polis qüvvəsinə təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyat bölməsinin işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya və Yeni Zelandiya kömək edir.
Lixtenşteyn
Lixtenşteyn öz ordusunu 1868-ci ildə çox bahalı hesab etdiyindən ləğv edib. Ölkə konstitusiyasına görə, ordu sadəcə müharibə vaxtı təsis edilə bilər, ancaq bu hadisə heç vaxt baş verməyib. Buna baxmayaraq, Lixtenşteyndə polis qüvvəsi və “SWAT” komandası fəaliyyət göstərir. Onlar ölkənin daxili təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirirlər və atıcı silahlar daşıyırlar. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstriya və İsveçrə kömək edir.
Marşall adaları
Marşall adalarında ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Marşall adalarının dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.
Mikroneziya
Mikroneziyanın əsasının qoyulduğu tarixdən bəri heç bir silahlı qüvvə təsis edilməyib. Fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Mikroneziyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum “Azadlıq” (ing. Independence) adlı kiçik bir “Pasifik” tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.
Nauru
Naurunun əsasının qoyulduğu tarixdən bəri rəsmi bir ordu təsis edilməyib, lakin ölkədə daxili təhlükəsizliyin qorunub saxlanılması üçün nisbətən böyük və silahlı bir polis qüvvəsi fəaliyyət göstərir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya kömək edir.
Palau
Palaunın əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Palaunun dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün 30 nəfərlik bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər.
Sent-Lüsiya
Sent-Lüsiyada da fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Lüsiyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün 116 nəfərlik bir Xüsusi Xidmət bölməsi və Sahil Mühafizəçi bölməsi daxildir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Sent-Vinsent və Qrenadin
Sent-Vinsent və Qrenadində də fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Vinsent və Qrenadinin dövlət polis qüvvəsi 94 nəfərlik iki kiçik hərbiləşdirilmiş qüvvədən- Xüsusi Xidmət Vahidi və Sahil Mühafizəsindən ibarətdir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Samoa
Samoanın dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik çaplı odlu silahlardan istifadə edirlər. 1962-ci il Dostluq sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Yeni Zelandiya təmin edir.
Vatikan
Bu ölkəni qoruyan gözətçi polislər isveçrəlidir.
Solomon Adaları
Bu ölkədə 1998-2006-ci illərdə yaşanan etnik qarşıdurmalar nəticəsində Avstraliya və digər Sakit okean ölkələri bir araya girərək sülhü təmin edib. Bu ölkədə də ordu yoxdur.
Mənbə: Musavat.com 
PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Vazgen Manukyan "Ermənistan ordusunun bərpasına azı 2-3 il lazımdır"

Sonrakı yazı

"Ermənilər bu heykəlləri bizə pulla satıblar” - Prezident

Sonrakı yazı
“Ermənilər bu heykəlləri bizə pulla satıblar” – Prezident

"Ermənilər bu heykəlləri bizə pulla satıblar” - Prezident

Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

"Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

2021-03-06
“Fatimə başıma oyun açıb” – Aslan

“Fatimə başıma oyun açıb” – Aslan

2021-03-06
Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

2021-03-06
Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

2021-03-06
Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

2021-03-06
Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

2021-03-06
Bakıda bu kafe və restoranlarda nöqsanlar aşkarlandı (SİYAHI)

Bakıda bu kafe və restoranlarda nöqsanlar aşkarlandı (SİYAHI)

2021-03-06
Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Ya Azərbaycan Ordusu girəcək, ya da… – Ovannisyan

Ya Azərbaycan Ordusu girəcək, ya da… – Ovannisyan

2021-03-06
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna ittiham

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna ittiham

2021-03-06
Minanın rəqsinə tənqidlər yağdı

Minanın rəqsinə tənqidlər yağdı

2021-03-06
Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

2021-03-06
İlham Əliyevdən yeni fərman

İlham Əliyevdən yeni fərman

2021-03-06
Polis Bakıda əməliyyat keçirdi – saxlanılanlar var

Polis Bakıda əməliyyat keçirdi – saxlanılanlar var

2021-03-06
Mövlud Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq”

Mövlud Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq”

2021-03-06
Rusiyada koronavirusdan bir gündə 441 nəfər öldü

Rusiyada koronavirusdan bir gündə 441 nəfər öldü

2021-03-06
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2021-03-06
İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı – Daha kimlər həbs oluna bilər?

İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı – Daha kimlər həbs oluna bilər?

2021-03-06
Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olundu

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olundu

2021-03-06

Seçmə

  • Bütün
  • SEÇMƏ
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
Araşdırma

Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

2021-03-06
“Fatimə başıma oyun açıb” – Aslan

“Fatimə başıma oyun açıb” – Aslan

2021-03-06
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.