“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır”.
Bu barədə Reportyor.info-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.