26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ORDUMUZ NAXÇIVAN İSTİQAMƏTİNDƏ YENƏ İRƏLİLƏYİB! – Bütün strateji yüksəkliklər tutulub! (FOTOLAR)

12 Noyabr 2018, 19:50
Gündəm
A A
ORDUMUZ NAXÇIVAN İSTİQAMƏTİNDƏ YENƏ İRƏLİLƏYİB! – Bütün strateji yüksəkliklər tutulub! (FOTOLAR)

Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb. Virtulaz.org xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla “Bellingcat” saytı yayıb. Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin müəllifi isə Avstraliyadakı “Holokost və Soyqırım Araşdırmaları İnstitutu”nun analitiki Masis İngilisyandır.

Masis İngilisyan

Masis İngilisyan

Müəllif  “Planet Labs” tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib. Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.

Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.

Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb.

54Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin “Planet Labs” tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.

6

Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər.  Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.

Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında “Razm.info” saytının analitiki Ayk Xaçikyanın “Naxçıvanda nə baş verir?” məqaləsindən sonra ictimailəşib. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.

2

Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.

Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.

3

Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.

Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir. Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.

4

“Bellingcat” bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib. Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır.

9

Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.

Virtualaz.org “Bellingcat” saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib. Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.

Əvvəlki yazı

Yarpaq.Az – Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

Sonrakı yazı

Prezident nazirliyə 3,5 milyon pul ayırdı

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.