06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

OQTAY ƏSƏDOVA MOSKVADAN VURULAN “ZƏRBƏ” – Spiker niyə susur? + FOTO, VİDEO

12 Mart 2019, 22:24
Seçmə, Banner
A A
OQTAY ƏSƏDOVA MOSKVADAN VURULAN “ZƏRBƏ” – Spiker niyə susur? +  FOTO, VİDEO

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, “YouTube”da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib.

Məlumatın Azərbaycanda belə diqqəti cəlb etməsinin səbəbi isə, həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialardır. Belə ki, yayılan xəbərlərdə bildirilir ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşır.

Həmin obyektin isə Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi iddia edilir. Təqdim olunan sənədlərdən görünür ki, “Kapriz”adlı striptiz klubun yerləşdiyi əmlak Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum Qrup” MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.

“Kapriz” striptiz klubunun real bazar dəyəri isə aşağıdakı sənəddən də gördüyünüz kimi, 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edir.

Məlumatda vurğulanıb ki, Əsədovanın adına olan obyektdə polisin əməliyyat keçirməsinin səbəbi qonşuların şikayəti olub. Daha dəqiqi, orada narkotik maddələrin satılmasına dair verdikləri məlumat olub. Əməliyat zamanı bu faktın təsdiqini tapdığı iddia olunur. Hadisə barədə KİV-də reportaj da yayılıb. 

Qeyd edək ki, əməliyyatın bir neçə il əvvəl həyata keçirildiyi, ancaq hansısa səbəblərdən məlumatın indi yayıldığı vurgulanır. Bu iddia doğrudursa, məlumatın vaxtilə hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı kimi suallar yaranır…

Hazırda qəribə və təəccüb doğuran hal odur ki, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib. Buna ehtiyac duymayıblar, yoxsa deməklərə sözü yoxdur, bilmirik…

Sadəcə yerli media orqanlarından birində belə bir məlumat yaydırılıb ki, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında “Kapriz” adlı qadınlar üçün striptiz-klubla yanaşı tamamilə başqa istiqamətdə “Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Oqtay Əsədovun xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.

“Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib”, – deyə məlumatda bildirilib.

Bu məlumatlardan hansı həqiqəti əks etdirir, bilmirik. Ancaq əvvəla, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərilik edən bir şəxslə bağlı belə biabırçı, geniş əks-sədaya səbəb olan məlumat yayılırsa, bununla bağlı açıqlama verilməsi zəruridir. İctimaiyyətə yayılan məlumatların nə qədərinin həqiqət olduğu, obyektin nə zaman, hansı pulla alındığı, kim tərəfindən işlədildiyi  kimi məsələlər ətrafında izahat verilməlidir.

İkinci, Azərbaycan parlamentinə rəhbərlik edən, uzun illərdir ölkədə yüksək vəzifələrdə çalışan bir şəxsin ailə üzvləri hansı səbəbdən, hansı pulla və nəyə görə başqa bir ölkənin paytaxtında klub və ya sauna alır? Bu hansı ehtiyacdan yaranıb: pullarını ölkədən çıxarırlar, yoxsa köçüb gedib Moskvada yaşamağa hazırlaşırlar?

Üçüncüsü, 10 milyon dollardan yüksək qiymət qoyulan belə bir obyekti Oqtay Əsədovun xanımı hansı vəsait hesabına əldə edib? Oqtay Əsədov 2005-ci ildən parlamentə rəhbərlik edir. Hər seçkidə özünün və ailəsinin əmlakı barədə MSK-ya hesabat verir. Hesabatlarında xanımının adına Moskvada belə bir obyektin olduğunu qeyd edibmi? Etməyibsə niyə gizlədib?

Əlbəttə, Oqtay Əsədov “kristal adam” deyil. Onun “Azərsu” ASC-yə birbaşa rəhbərlik etdiyi illərdə hansı “əməliyyatları” reallaşdırdığına dair çoxsaylı yazılar dərc olunub. Eləcə də parlamentə rəhbərlik etdiyi ilk illərdə nəzarətində olan “Azərsu” vasitəsilə reallaşan iri həcimli layihələrdən (məsələn, Oğuz- Qəbələ – Bakı su kəməri) böyük pullar götürdüyünə dair iddialar var. Həmin vaxtlar başqa vəzifəli şəxslər kimi onun da bu pulları hansısa biznes sahələrinə yatırması təəccüb doğurmaz.

Ancaq bu gün Oqtay Əsədov Azərbaycan parlamentinin sədridir, ölkənin qanunverici hakimiyyətinin başçısıdır. Siyasi vəzifə daşıyır. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adamın başqa bir ölkənin, xüsusən də Rusiyanın paytaxtında obyekt alması nə qədər doğrudur? Üstəlik də, bu obyekt striptiz klub və ya sauna kimi işlədilirsə…

Məgər Əsədov bilmirdi ki, bu faktdan Rusiya və ya başqa bir ölkə Azərbaycan dövlətinə, onun rəhbərliyinə qarşı istifadə edə bilər? Necə ki, bu gün edirlər… 2014-cü ildə keçirilmiş əməliyyatın videosüjetini və sənədləri yayaraq, Azərbaycan dövlətini ağır ittihamlar qarşısında buraxırlar. Bundan da həm xaricdə Azərbaycan dövlətinin əleyhinə iş aparan təşkilatlar və şəxslər, həm də müxalifət partiyaları istifadə edirlər…

Azərbaycan parlamentinin mətbuat xidməti və Oqtay Əsədov isə susur. Bəlkə də bilmirlər ki, susmaq heç də həmişə qızıl deyil!…

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

ABŞ və “Taliban” arasında razılıq:”Əgər “Əl-Qaidə” ilə əlaqələr kəsilsə…”

Sonrakı yazı

“TƏDBİR GÖRÜLMƏSƏ, METRODA BÖYÜK FACİƏ YAŞANACAQ!” – Metro işçilərindən metropoliten rəhbərliyinə ittihamlar

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.